Kəlbəcərin Zar kəndində Böyük Qayıdışa hazırlıq işləri davam etdirilir
30 İyul 2026, 20:21
Qaynar xətt:
(+99450) 247 90 86
QARABAĞ
936
01.01.2026, 18:37
Bayram günlərində Xankəndi şəhəri təkcə bayram ab-havası ilə deyil, həm də yerli, xarici qonaqların yaratdığı canlanma ilə xüsusi diqqət çəkir. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu günlərdə Xankəndi şəhərinə gələn qonaqların sayında xeyli artım qeydə alınıb.
Qonaqlar Xankəndidə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərini, şəhərin sürətlə dirçəldiyini və yeni sima qazandığını yüksək qiymətləndirirlər.
Bərdədən Xankəndiyə qonaq gələn rayon sakini Fəzail Səfərov bayram təəssüratlarını bölüşərək bildirib ki, bu şəhərdə olmaq hər bir azərbaycanlı üçün böyük mənəvi dəyər daşıyır: “Xankəndiyə bayram günlərində gəlmək sözlə ifadə olunmayacaq qədər qürurvericidir. İllər boyu həsrətində olduğumuz torpaqlarda bu gün bayram sevinci yaşamaq, azad və abad bir şəhəri görmək insanı kövrəldir. Bu günləri bizə yaşadanlara minnətdarıq.”
Füzulidən Xankəndiyə gələn Rəsul Hümbətov isə burada hökm sürən bayram ovqatının xüsusi olduğunu vurğulayıb: “Xankəndidə bayram tamam başqa hissdir. Burada hər addımda dövlətin gücünü, xalqımızın birliyini hiss edirsən. Şəhərin dirçəlməsi, insanların üzündəki sevinc gələcəyə olan inamımızı daha da artırır.”
Xocalı rayonu sakini olan, Goranboydan Xankəndiyə gələn Allahverən Kərimov da bayram günlərində doğma torpaqlarda olmağın onun üçün böyük qürur mənbəyi olduğunu deyib:“Bu gün Xankəndidə bayramı qarşılamaq mənim üçün tarixi bir anıdır. Şəhidlərimizin qanı ilə azad edilən bu torpaqlarda sülh, əmin-amanlıq və bayram sevinci görmək hər birimizi kövrəldir. Allah bütün şəhidlərimizə rəhmət eləsin.”Bayram günlərində Xankəndiyə axın edən qonaqların sayı şəhərdə yaranan yüksək əhval-ruhiyyəni daha da artırır”.
Qeyd edək ki, Xankəndinin bayram günlərində yerli və xarici qonaqlar üçün cəlbedici məkana çevrilməsi ölkəmizin doğma torpaqlarında qurulan yeni həyatın və parlaq gələcəyin göstəricisidir.


19:24 / 03 Avqust 2026
9
19:02 / 03 Avqust 2026
39
18:38 / 03 Avqust 2026
63
18:15 / 03 Avqust 2026
50
17:59 / 03 Avqust 2026
70
17:45 / 03 Avqust 2026
80
17:30 / 03 Avqust 2026
74
17:15 / 03 Avqust 2026
104
17:10 / 03 Avqust 2026
80
16:48 / 03 Avqust 2026
224
16:42 / 03 Avqust 2026
108
16:18 / 03 Avqust 2026
151
15:55 / 03 Avqust 2026
103
15:40 / 03 Avqust 2026
121
15:36 / 03 Avqust 2026
93
15:31 / 03 Avqust 2026
215
15:24 / 03 Avqust 2026
116
15:16 / 03 Avqust 2026
150
15:00 / 03 Avqust 2026
97
14:36 / 03 Avqust 2026
164
14:30 / 03 Avqust 2026
102
14:24 / 03 Avqust 2026
93
14:22 / 03 Avqust 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.