İmran Əliyevə 12, Elgiz Qəhrəmana isə 11 il iş istənildi
20 Oktyabr 2026, 18:56
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1229
11.07.2025, 10:14
Xəbər verdiyimiz kimi, iyulun 9-da saat 18 radələrində Qəbələnin Vəndam qəsəbəsində 4 yaşlı qız valideynləri ilə birgə kirayə qaldıqları evin həyətindəki hovuza düşərək boğulub.
Oxu24.com xəbər verir ki, mərhum Nərmin İsmayılovanın anası Aytac İsmayılova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hadisə bir anda baş verib.
Valideynin sözlərinə görə, boğulmadan əvvəl də övladı 2 dəfə ölümlə üzləşib: “Hadisə baş verən gün biz marketə getmişdik, orada qızımı az qala, maşın vuracaqdı, son anda avtomobilin altından çıxardıq. Elə həmin gün Nərmin atası və digər qızımla birgə hovuzda olarkən də boğulma təhlükəsi ilə üzləşmişdi, boğazına su getmişdi və çox qorxmuşdu. Atası dərhal hovuzdan çıxarmışdı və uşaq qorxduğu üçün bir də hovuza girməyəcəyini deyirdi. Elə bil qızımın əcəli gəlmişdi, onu əcəl apardı”.
A.İsmayılova əlavə edib ki, ölümlə nəticələnən hadisə 4 yaşlı qızının hovuzun kənarında yıxılmasından sonra baş verib: “Qızım oradan keçəndə sürüşüb yıxılıb, qulaq nahiyəsində göyərti izi də qalmışdı. Yıxılıb xəsarət alandan sonra hovuza sürüşüb düşüb. Hər şey 2 dəqiqədə baş verib, mən evdə idim, çölə çıxanda artıq gec idi”.
Qeyd edək ki, ailə yaşadıqları Bakı şəhər Qaradağ rayonu Lökbatan qəsəbəsindən Qəbələyə istirahətə gedibmiş və Vəndamda kirayə tutduqları “A-Frame” tipli evdə qalırlarmış. Faktla bağlı Qəbələ Rayon Prokurorluğunda araşdırma aparılır.
20:17 / 20 Oktyabr 2026
27
20:12 / 20 Oktyabr 2026
40
20:01 / 20 Oktyabr 2026
219
20:00 / 20 Oktyabr 2026
54
19:54 / 20 Oktyabr 2026
52
19:48 / 20 Oktyabr 2026
58
19:41 / 20 Oktyabr 2026
87
19:39 / 20 Oktyabr 2026
226
19:28 / 20 Oktyabr 2026
64
19:17 / 20 Oktyabr 2026
73
19:05 / 20 Oktyabr 2026
65
18:56 / 20 Oktyabr 2026
82
18:46 / 20 Oktyabr 2026
66
18:34 / 20 Oktyabr 2026
63
18:26 / 20 Oktyabr 2026
73
18:20 / 20 Oktyabr 2026
77
18:14 / 20 Oktyabr 2026
82
18:01 / 20 Oktyabr 2026
97
17:50 / 20 Oktyabr 2026
123
17:20 / 20 Oktyabr 2026
102
17:10 / 20 Oktyabr 2026
93
16:59 / 20 Oktyabr 2026
94
16:57 / 20 Oktyabr 2026
1152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.