Naxçıvanda ağır qəza: Ölən və yaralılar var
20 Oktyabr 2026, 22:22
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
3955
10.07.2025, 17:26
Bakı şəhəri Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) istintaqı aparılan cinayət işi üzrə 1991-ci il təvəllüdlü Əliyev Ramil Ramiz oğlu və 1974-cü il təvəllüdlü Həsənov İsmayıl Buludxan oğlunun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.
Oxu24.com xəbər verir ki, iş materiallarından məlum olur ki, DTX tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək ələ keçirilmiş və istintaqa təqdim olunmuş həmin şəxslər tərəfindən xaricdə və Azərbaycan Respublikasında müxtəlif cinayət əməlləri törədilib.
Belə ki, onlar xarici ölkə ərazisində qəsdən adam öldürmə, şəxsiyyət əleyhinə digər ağır və xüsusilə ağır cinayətlər törətdiklərinə görə məhkum olunaraq həmin ölkənin cəzaçəkmə müəssisələrində olduqları zaman “Vaqner” silahlı birləşməsinin rəhbəri olmuş Y.Priqojin tərəfindən şəxsən seçilərək cəzaların icrasından yayındırılmış və razılaşdırılmış vəsait müqabilində müxtəlif hərbi əməliyyatlara cəlb ediliblər.
Onlar müxtəlif ölkələrin ərazilərində odlu silahlardan və partlayıcı vasitələrdən istifadə etməklə təlim və döyüş əməliyyatlarında iştirak etmiş, digər Azərbaycan Respublikası vətəndaşlarının da ölkə hüdudlarından kənarda belə əməllərə təhrik edilməsi istiqamətində fəaliyyət göstəriblər.
Hazırda cinayət işi üzrə Ramil Əliyev və İsmayıl Həsənovun, eyni zamanda Azərbaycan Respublikası və xarici ölkə vətəndaşlarına qarşı digər cinayət əməlləri ilə bağlı araşdırmalar aparılır.
Məhkəmə baxışının nəticələrinə əsasən Ramil Əliyev və İsmayıl Həsənov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
23:23 / 20 Oktyabr 2026
17
23:16 / 20 Oktyabr 2026
39
22:54 / 20 Oktyabr 2026
72
22:44 / 20 Oktyabr 2026
66
22:33 / 20 Oktyabr 2026
94
22:22 / 20 Oktyabr 2026
68
22:22 / 20 Oktyabr 2026
69
21:51 / 20 Oktyabr 2026
137
21:47 / 20 Oktyabr 2026
142
21:42 / 20 Oktyabr 2026
77
21:39 / 20 Oktyabr 2026
274
21:33 / 20 Oktyabr 2026
573
21:28 / 20 Oktyabr 2026
79
21:22 / 20 Oktyabr 2026
334
21:17 / 20 Oktyabr 2026
78
21:15 / 20 Oktyabr 2026
76
21:06 / 20 Oktyabr 2026
77
21:03 / 20 Oktyabr 2026
69
21:00 / 20 Oktyabr 2026
67
20:55 / 20 Oktyabr 2026
62
20:50 / 20 Oktyabr 2026
83
20:43 / 20 Oktyabr 2026
74
20:34 / 20 Oktyabr 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.