Naxçıvanda ağır qəza: Ölən və yaralılar var
20 Oktyabr 2026, 22:22
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1402
10.07.2025, 08:32
Bakıda iş adamına məxsus iki villa qarət olunub.
Oxu24.com xəbər verir ki, hadisə Xəzər rayonu ərazisində baş verib. Bakı şəhər sakini Ədalət Alışova məxsus iki ədəd ikimərtəbəli villa tanışı tərəfindən qarət edilib.
Məlumata görə, Ə.Alışov özü orada yaşamadığı üçün həmin villaları əvvəlcədən tanıdığı şəxsə həvalə edib.
2024-cü ilin noyabrından 2025-ci ilin mart ayına qədər olan müddətdə Ə.Alışov tanışına inanaraq evləri ona yaşamaq üçün həvalə edib. Həmin şəxs isə bu müddət ərzində villaların daxilində olan bütün əşyaları oğurlayaraq satıb.
Belə ki, evdə yaşayan şəxs oradan dəyəri 11 000 manat olan yeddi ədəd kondisioner, bir evdən 5 760 manat, digər evdən 2 560 manatlıq laminat, 6 500 manatlıq yeddi ədəd televizor, digər evdən 4 000 manatlıq dörd ədəd televizor, 68 000 manatlıq 40 ədəd çilçıraq, 14 000 manat dəyərində 20 ədəd vaza və digər bahalı əşyaları oğurlayıb. Həmin şəxs ümumilikdə mənzillərdən 292 min 574 manatlıq əşya oğurlayıb.
Bununla yanaşı o evdən ümumi dəyəri 213 min manat olan mebel və digər məişət əşyalarını söküb daşımağa cəhd edərkən yaxalanıb.
Ev sahibinin müraciətindən sonra hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat zamanı evə nəzarət edən şəxs saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı cinayət işi başlanılıb. (oxu.az)
23:59 / 20 Oktyabr 2026
25
23:35 / 20 Oktyabr 2026
31
23:23 / 20 Oktyabr 2026
50
23:16 / 20 Oktyabr 2026
55
22:54 / 20 Oktyabr 2026
83
22:44 / 20 Oktyabr 2026
72
22:33 / 20 Oktyabr 2026
99
22:22 / 20 Oktyabr 2026
70
22:22 / 20 Oktyabr 2026
76
21:51 / 20 Oktyabr 2026
156
21:47 / 20 Oktyabr 2026
146
21:42 / 20 Oktyabr 2026
85
21:39 / 20 Oktyabr 2026
316
21:33 / 20 Oktyabr 2026
658
21:28 / 20 Oktyabr 2026
84
21:22 / 20 Oktyabr 2026
374
21:17 / 20 Oktyabr 2026
83
21:15 / 20 Oktyabr 2026
82
21:06 / 20 Oktyabr 2026
81
21:03 / 20 Oktyabr 2026
72
21:00 / 20 Oktyabr 2026
69
20:55 / 20 Oktyabr 2026
64
20:50 / 20 Oktyabr 2026
85
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.