Qaynar xətt:

(+99450) 247 90 86

Maşın çökəkliyə düşdü - Sürücü öldü 

Maşın çökəkliyə düşdü - Sürücü öldü 

KRİMİNAL

470

05.07.2025, 09:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.

Oxu24.com-un məlumatına görə, iyulun 4-ü axşam saatlarında Şəki rayonunun Aydınbulaq kəndindən şəhər istiqamətində hərəkətdə olan “Niva” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı çökəkliyə düşüb.

Nəticədə sürücü 70 yaşlı Akif Əliyev hadisə yerində dünyasını dəyişib.

İlkin ehtimala görə, qəzaya səbəb sürücünün sükan arxasında ürəktutması olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət başlanılıb, istintaq aparılır.“Qafqazinfo”