Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açılıb
21 Oktyabr 2026, 19:34
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
526
02.07.2025, 18:18
Rusiya İstintaq Komitəsi Yekaterinburqda saxlanılan azərbaycanlılara qarşı ittiham irəli sürüb.
Oxu24.com xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.
Onun sözlərinə görə, Yekaterinburqda bir sıra xüsusilə ağır cinayətlərdə iştirak edən cinayətkar qrupun üzvlərinə qarşı ittiham irəli sürülüb.
"Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi 2001, 2010 və 2011-ci illərdə Sverdlovsk vilayətində Azərbaycan Respublikasından olan şəxslərin qətlə yetirilməsi və adam öldürməyə cəhd faktları ilə bağlı cinayət işinin istintaqını davam etdirir.
Cinayət işi üzrə təqsirləndirilən şəxslərdən Məzahir Səfərov, Akif Səfərov, Ayaz Səfərov, Əhliman Gənciyev, Şahid Lalayev və Bəkir Səfərovdur. Cinayətlərin törədilməsində rolundan və iştirak dərəcəsindən asılı olaraq, onlardan beşi artıq Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsi, 30-cu maddəsinin 3-cü hissəsi ilə ittiham olunurlar. İstintaqın vəsatəti əsasında məhkəmə altı təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri seçib. Onların hamısı Rusiya Federasiyasının vətəndaşlarıdır.
İstintaqla müəyyən edilib ki, cinayətkar qrupun tərkibində olan təqsirləndirilən şəxslərin 2001-ci ildə bıçaq xəsarətlərindən dünyasını dəyişən Yunis Paşayevin qətlində, 2010-cu ildə F.Şirinovu sifarişlə öldürməyə cəhd, 2011-ci ildə isə Azərbaycan Respublikasının vətəndaşı İ.Hacıyevi qətlə yetirilməsində əlləri var. Bu cinayətlərin motivi, istintaqın hesab etdiyi kimi, biznesdə təsir dairələrinin bölünməsi, habelə şəxsi qisasçılıq olub.
İfadələrin yerindəcə yoxlanılması zamanı təqsirləndirilən şəxslərdən biri cinayətin baş vermə şəraiti ilə bağlı ətraflı ifadə verib. O, cinayətlərdə şəriklərini də ifşa edib. Cinayət işinin istintaqı davam etdirilir", - Rusiya İstintaq Komitəsi rəsmi nümayəndəsi qeyd edib.
20:28 / 21 Oktyabr 2026
10
20:27 / 21 Oktyabr 2026
13
20:25 / 21 Oktyabr 2026
21
20:22 / 21 Oktyabr 2026
25
20:14 / 21 Oktyabr 2026
34
19:59 / 21 Oktyabr 2026
211
19:45 / 21 Oktyabr 2026
70
19:34 / 21 Oktyabr 2026
94
19:24 / 21 Oktyabr 2026
86
19:09 / 21 Oktyabr 2026
111
19:04 / 21 Oktyabr 2026
83
18:53 / 21 Oktyabr 2026
77
18:39 / 21 Oktyabr 2026
79
18:35 / 21 Oktyabr 2026
77
18:27 / 21 Oktyabr 2026
92
18:22 / 21 Oktyabr 2026
85
18:19 / 21 Oktyabr 2026
94
18:10 / 21 Oktyabr 2026
82
18:06 / 21 Oktyabr 2026
90
17:59 / 21 Oktyabr 2026
91
17:59 / 21 Oktyabr 2026
89
17:56 / 21 Oktyabr 2026
86
17:42 / 21 Oktyabr 2026
89
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.