Polis bu qadınları axtarır – FOTO
17 Avqust 2026, 23:40
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
230
02.07.2025, 16:10
"Bakı Ağac Emalı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışda təqsirləndirilən Tağı İbrahimov və Toğrul Rzayevin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.
Oxu24.com-un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkənlər ifadə verib.
Zərərçəkən Vidadi Həsənov deyib ki, hadisə baş verən zavodda sexlərin birində çalışıb:
"Sexdə dülgər işləyirdim. Hadisə nəticəsində xəsarət almışam. Təqsirləndirilən şəxslərlə barışmışam. Onlara qarşı hər hansı bir şikayət və tələbim yoxdur. Mənə müalicə üçün kömək lazımdır. Mən Rusiyada müalicə olunmuşam. Cəmi iki min manat pul verilmişdi, bu da xaricdə müalicə üçün kifayət deyil. Müalicəyə xərclədiyim pulu istəyirəm".
Hakim Elmin Rüstəmov deyib ki, təqsirləndirilənlərdən tələb olunan məbləğ reallığa uyğun olmalı, kiminsə pis vəziyyətindən istifadə edilməməlidir.
Prosesdə məlum olub ki, artıq bir neçə zərərçəkənlə razılıq əldə olunub. Onlar təqsirləndirilənlərə qarşı hər hansı bir şikayət və tələblərinin olmadıqlarını deyiblər.
Tağı İbrahimovun vəkili deyib ki, prosesdən sonra yaxınını itirən hər kəsə 30 min manat pul veriləcək:
"Hadisə nəticəsində yaxınları həlak olan şəxslər məhkəmədən sonra müraciət edə bilərlər. Onların hər birinə 30 min manat pul təklif edirik".
Hadisə nəticəsində yaxınlarını itirənlərin bir neçəsi sözügedən təklifi qəbul edib.
Qeyd edək ki, hadisə 2024-cü ilin yanvarın 15-də Bakının Binəqədi rayonunda baş verib.
İstintaq materiallarında ASC-nin sahibi Tağı İbrahimov və inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulduğu halda bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına səbəb olduqları bildirilib.
İttihama görə, onlar ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurub, eləcə də Tağı İbrahimov külli miqdarda vergiləri ödəməkdən yayınıb.
Tağı İbrahimov Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə təqsirli bilinir.
01:37 / 18 Avqust 2026
17
23:40 / 17 Avqust 2026
131
23:28 / 17 Avqust 2026
68
23:13 / 17 Avqust 2026
63
23:00 / 17 Avqust 2026
71
22:22 / 17 Avqust 2026
61
21:56 / 17 Avqust 2026
83
21:49 / 17 Avqust 2026
100
21:43 / 17 Avqust 2026
88
21:33 / 17 Avqust 2026
113
20:56 / 17 Avqust 2026
101
20:26 / 17 Avqust 2026
76
20:14 / 17 Avqust 2026
151
19:48 / 17 Avqust 2026
92
19:35 / 17 Avqust 2026
79
19:24 / 17 Avqust 2026
96
19:10 / 17 Avqust 2026
105
18:58 / 17 Avqust 2026
91
18:51 / 17 Avqust 2026
97
18:45 / 17 Avqust 2026
335
18:36 / 17 Avqust 2026
77
18:30 / 17 Avqust 2026
436
18:23 / 17 Avqust 2026
487
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.