Leyla Kazımovanın meyiti TAPILDI
21 Oktyabr 2026, 20:49
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
266
02.07.2025, 10:39
Ziyəddin Səfərov hadisə günü səhər saatlarında Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb.
Oxu24.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov iyulun 2-də Baş Prokururluqda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair keçirilən mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, iyunun 27-də Azərbaycan vətəndaşlarını Rusiyanın hüquq-mühafizə orqanlarının qətlə yetirməsi faktı ilə bağlı araşadırma başlanılıb:
"İlkin araşdırma zamanı məlum olub ki, Rusiya hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat nəticəsində azərbaycanlılar saxlanılıb. Həmin vaxt onlara ağır xəsarətlər yetirilib. Ziyəddin Səfərov isə həmin gün səhər saatlarında Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb".
Baş Prokurorluğun İstintaq idarəsinin müstəntiqi Pərviz Cəlilov isə bildirib ki, Ziyəddin Səfərov Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində işgəncəyə məruz qalıb:
"İstintaq zamanı zərərçəkən şəxslərin yaxınları zərərçəkən kimi tanınıb. Saxlanılan şəxslərlə bağlı əməliyyat istintaq hərəkətləri keçirilib. Ziyəddin Səfərov iyunun 27-də yaşadığı evdən çıxarılıb, həmin vaxt onun üzərində xəsarət izi olmayıb. O, evdən çıxarılandan Rusiyanın hüquq-mühafizə orqanlarının işgəncəsinə məruz qalıb".
Müstəntiq həmçinin vurğulayıb ki, Rusiya KİV-lərində onların ölümü ilə bağlı müxtəlif səbəblər göstərilib:
"Meyitlər müayinə olunan zaman onlarda çoxsaylı xəsarətlər, sümüklərin sındırılması və digər xəsarət izləri müəyyən olundu. Ekspertiza zamanı müəyyən edildi ki, onlar saxlanılan və aparılan zaman çoxsaylı fiziki xəsarətlər alıblar. Məhz Hüseyn və Ziyəddin Səfərov qardaşları həmin xəsarətlər nəticəsində yaranan postravmatik şok nəticəsində ölüblər".
22:23 / 21 Oktyabr 2026
17
22:18 / 21 Oktyabr 2026
30
22:12 / 21 Oktyabr 2026
31
21:56 / 21 Oktyabr 2026
44
21:45 / 21 Oktyabr 2026
56
21:38 / 21 Oktyabr 2026
157
21:25 / 21 Oktyabr 2026
112
21:15 / 21 Oktyabr 2026
73
21:12 / 21 Oktyabr 2026
1472
21:06 / 21 Oktyabr 2026
84
21:04 / 21 Oktyabr 2026
83
21:02 / 21 Oktyabr 2026
147
20:59 / 21 Oktyabr 2026
121
20:49 / 21 Oktyabr 2026
92
20:42 / 21 Oktyabr 2026
66
20:39 / 21 Oktyabr 2026
389
20:39 / 21 Oktyabr 2026
67
20:33 / 21 Oktyabr 2026
75
20:28 / 21 Oktyabr 2026
214
20:27 / 21 Oktyabr 2026
530
20:25 / 21 Oktyabr 2026
75
20:22 / 21 Oktyabr 2026
69
20:14 / 21 Oktyabr 2026
80
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.