Leyla Kazımovanın meyiti TAPILDI
21 Oktyabr 2026, 20:49
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
468
02.07.2025, 00:24
"Şahin Şıxlinski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə hərbi xidmətini Yekaterinburqda çəkib. Ondan sonra orada hüquq təhsili alıb. Hüquqşunasdır və hüquq şirkəti var. Ömrünün demək olar ki, çox hissəsini - beşdə dördünü Rusiyada yaşayıb. Orada çox nüfuzlu şəxslərdən biridir, biznesmendir".
Oxu24.com xəbər verir ki, bunu "Teleqraf"a "Ayna" və "Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı Yekaterinburqdakı Azərbaycan diasporunun sədri Şahin Şıxlinskinin Rusiya xüsusi xidmət orqanları tərəfindən saxlanılmasına münasibət bildirərkən deyib.
O, Şahin Şıxlinskinin dəfələrlə ulu öndər Heydər Əliyevin qəbulunda olduğunu bildirib:
"Onun Yekaterinburq vilayətinin qubernatoru ilə gözəl əlaqələri var idi. Yəni, o, olduğu bölgədə tanınmış, nüfuzlu adamdır. Bu baxımdan Şahinin hansısa kriminal hadisəyə görə saxlanılması biabırçılıqdır. İyunun 27-də Yekaterinburqda həbs edilən bir neçə soydaşımızın hüquqlarını məhkəmədə Şahin və oğlu Mutvali Şıxlinski (o da vəkildir - red.) qoruyub, onların bəzisinin həbsdən azad edilməsinə nail olublar".
Elçin Şıxlı bildirib ki, Şahinin bu şəkildə həbsi gözlənilmirdi:
"Amma görünür, Rusiya rəhbərliyi başını itirib. Baş verənlər Rusiya ilə diplomatik əlaqələrimizi ciddi şəkildə zədələyəcək".
23:18 / 21 Oktyabr 2026
1
23:17 / 21 Oktyabr 2026
16
23:14 / 21 Oktyabr 2026
17
23:10 / 21 Oktyabr 2026
21
23:04 / 21 Oktyabr 2026
127
23:00 / 21 Oktyabr 2026
34
22:59 / 21 Oktyabr 2026
35
22:52 / 21 Oktyabr 2026
51
22:23 / 21 Oktyabr 2026
69
22:18 / 21 Oktyabr 2026
76
22:12 / 21 Oktyabr 2026
80
21:56 / 21 Oktyabr 2026
96
21:45 / 21 Oktyabr 2026
96
21:38 / 21 Oktyabr 2026
215
21:25 / 21 Oktyabr 2026
149
21:15 / 21 Oktyabr 2026
84
21:12 / 21 Oktyabr 2026
2126
21:06 / 21 Oktyabr 2026
97
21:04 / 21 Oktyabr 2026
97
21:02 / 21 Oktyabr 2026
177
20:59 / 21 Oktyabr 2026
137
20:49 / 21 Oktyabr 2026
105
20:42 / 21 Oktyabr 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.