Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Azərbaycan Rusiyada baş vermiş qətllərlə bağlı cinayət işi açdı 

SON DƏQİQƏ! Azərbaycan Rusiyada baş vermiş qətllərlə bağlı cinayət işi açdı 

KRİMİNAL

541

01.07.2025, 13:03

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan vətəndaşlarının və Azərbaycan əsilli şəxslərin Rusiyada işgəncəyə məruz qalmaları və xüsusi amansızlıqla qəsdən öldürülmələri faktı üzrə cinayət işi başlanıb.

Oxu24.com   xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycan vətəndaşlarının və Azərbaycan əsilli şəxslərin Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən işgəncələrə məruz qoyulmaqla iki nəfərin xüsusi amansızlıqla qəsdən öldürülməsi faktı üzrə Azərbaycan baş prokuroru tərəfindən cinayət işi başlanıb.

İlkin istintaqla müəyyən edilib ki, iyunun 27-də səhər saatlarında Rusiya Federasiyasının Milli Qvardiyasının, Daxili İşlər Nazirliyinin və Federal Təhlükəsizlik Xidmətinin Sverdlovsk vilayəti üzrə əməkdaşlarının iştirakı ilə Yekaterinburq şəhərində həyata keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri zamanı Yekatirunburq şəhərində müxtəlif ünvanlarda yaşayan Azərbaycan Respublikası vətəndaşları və azərbaycan əsilli şəxslər əvvəlki dövrlərdə törədilmiş  cinayətlərdə iştirak etməkdə şübhəli bilinərək saxlanılıb.

Rusiya Federasiyasının adları qeyd olunan əməliyyat-axtarış fəaliyyəti subyektlərinin səlahiyyətli vəzifəli şəxsləri tərəfindən bir qrup halında azadlığı məhdudlaşdırılmaqla faktiki köməksiz vəziyyətdə olan, özünü zərbələrdən qorumaq imkanı olmayan Azərbaycan vətəndaşları və azərbaycan əsilli digər şəxslərə həm saxlama prosesində, həm daşındıqları nəqliyyat vasitələrində, əməliyyat-axtarış subyektlərinin yerləşdiyi inzibati binalarda bərk küt əşyalarla bədənlərinin müxtəlif nahiyyətlərinə çoxsaylı zərbələr endirilməklə işgəncələrə məruz qoyulmuş və ağır bədən xəsarətləri yetirilib.

Nəticədə 1966-cı il təvəllüdlü - 60 yaşlı, xırda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşı Hüseyn Səfərov həmin gün saat 15 radələrində Yekaterinburq şəhərində daxili işlər orqanının inzibati binasında, onun qardaşı – 1970-ci il təvəllüdlü - 55 yaşlı, taksi sürücüsü kimi fəaliyyət göstərən iki övlad atası Ziyəddin Səfərov isə səhər saatlarında əməliyyat qurumuna məxsus xidməti avtomobildə aldığı xəsarətlər nəticəsində xüsusi amansızlıqla qəsdən öldürülüb.

İstintaq zamanı təyin edilmiş Məhkəmə tibbi-ekspertizasının rəyinə əsasən Səfərov Hüseyn Mehti oğluna yetirilmiş çoxsaylı xəsarətlər, o cümldən qabırğaların çoxsaylı sınıqları və sair fonunda yaranmış postravmatik və posthemorrogik şok nəticəsində, sonuncunun qardaşı  10.12.1970-ci il təvəllüdlü Səfərov Ziyəddin Mehti oğlu isə ona yetirilmiş  çoxsaylı xəsarətlər fonunda yaranmış postravmatik şok nəticəsində öldürülüb.

Həmçinin Rusiya Federasiyasının səlahiyyətli əməliyyat-axtarış qurumları tərəfindən saxlanılmış digər çoxsaylı şəxslərə qarşı da eyni üsulla işgəncələr tətbiq edilməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış digər Azərbaycan Respublikası vətəndaşlarının olması və hazırda Rusiya Federasiyası ərazisində tibb müəssisəsində müalicələrinini davam etdirilməsi müəyyən edilib.

Toplanmış materiallar əsasında Azərbaycan Respublikası Baş prokuroru  tərəfindən Cinayət Məcəlləsinin 12.2 (ölkə xaricində Azərbaycan Respublikasının vətəndaşına qarşı cinayət törədildikdə məsuliyyətin Azərbaycan qanunvericiliyi ilə müəyyən olunması), 120.2.1 (bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda) və 293.3-cü (işgəncə vermə və ya digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qoyma, bu hərəkətlər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

İbtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub, cinayət işi üzrə istintaqa qrupu yaradılmaqla aktiv istintaq tədbirləri icra edilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən beynəlxalq hüquq normalarına uyğun olaraq müvafiq dövlətlərə hüquqi yardım sorğuları göndərilərək, istintaqın effektiv aparılması və cinayətkarların müəyyən edilərək məsuliyyətə cəlb olunması üçün zəruri əməkdaşlıq təmin ediləcək.

Azərbaycan-Türkiyə münasibətlərində ictimai etimadın qorunması niyə vacibdir?

23:00 / 21 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan-Türkiyə münasibətlərində ictimai etimadın qorunması niyə vacibdir?

76

0
ABŞ İranın kölgə donanmasını hədəf alan yeni sanksiyalar elan etdi

22:59 / 21 Oktyabr 2026

DÜNYA DÜNYA

ABŞ İranın kölgə donanmasını hədəf alan yeni sanksiyalar elan etdi

80

0
Separatçıların cinayətləri yenidən beynəlxalq GÜNDƏMDƏ: Deputatdan MÜHÜM AÇIQLAMA  

22:52 / 21 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Separatçıların cinayətləri yenidən beynəlxalq GÜNDƏMDƏ: Deputatdan MÜHÜM AÇIQLAMA  

92

0
Bakı-Ankara münasibətlərində liderlərin rolu və siyasi məsuliyyət - Təhlil

22:23 / 21 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Bakı-Ankara münasibətlərində liderlərin rolu və siyasi məsuliyyət - Təhlil

90

0
“Bombaların nənəsi” və “raketlərin atası” – İranda nə baş verir?

22:18 / 21 Oktyabr 2026

SİYASƏT SİYASƏT

“Bombaların nənəsi” və “raketlərin atası” – İranda nə baş verir?

92

1
Meşələr yandı,ölkəni infeksiya bürüdü - Müsəlman ölkəsində DƏHŞƏT

22:12 / 21 Oktyabr 2026

DÜNYA DÜNYA

Meşələr yandı,ölkəni infeksiya bürüdü - Müsəlman ölkəsində DƏHŞƏT

97

0
Səhiyyədə güzəşt müddəti bitir: Qiymətlər necə dəyişəcək?  

21:56 / 21 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Səhiyyədə güzəşt müddəti bitir: Qiymətlər necə dəyişəcək?  

124

0
Azərbaycanı "ikinci Ukrayna" ilə hədələyənlər Türkiyənin aqibətini düşünsünlər!  

21:45 / 21 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycanı "ikinci Ukrayna" ilə hədələyənlər Türkiyənin aqibətini düşünsünlər!  

120

0
"Atam məni qəbul etmədi, öləndə də danışmadı"

21:38 / 21 Oktyabr 2026

ŞOU-BİZNES ŞOU-BİZNES

"Atam məni qəbul etmədi, öləndə də danışmadı"

275

1
 Qubadlıda 40 əsgəri ilə birlikdə öldürülən erməni polkovnikin son saatları  

21:25 / 21 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

 Qubadlıda 40 əsgəri ilə birlikdə öldürülən erməni polkovnikin son saatları  

181

0
Sülh müqaviləsinin imzalanmasının uzadılması Cənubi Qafqaz üçün risklər yaradır

21:15 / 21 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Sülh müqaviləsinin imzalanmasının uzadılması Cənubi Qafqaz üçün risklər yaradır

101

0
Azərbaycanın "qara siyahı"sına düşən siyasətçidən ŞOK QƏRAR: Sabah saat 20:30- da...

21:12 / 21 Oktyabr 2026

DÜNYA DÜNYA

Azərbaycanın "qara siyahı"sına düşən siyasətçidən ŞOK QƏRAR: Sabah saat 20:30- da...

3028

0