Polis bu qadınları axtarır – FOTO
17 Avqust 2026, 23:40
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
247
30.06.2025, 12:07
"Baksol yolu"nda 28 yaşlı oğlanın kanalizasiya kollektoruna düşərək ölməsi ilə bağlı cinayət işi başlanıb.
Oxu24.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, iyunun 26-da saat 20:30-da 1997-ci il təvəllüdlü Cümşüd Cümşüdlü Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşüb.
Qeyd olunub ki, aparılmış axtarışlar nəticəsində mərhumun meyiti iyunun 28-də saat 15:35-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarında tapılıb.
"Prokurorluq əməkdaşları tərəfindən hadisə yeri və meyitə baxış keçirilib, hadisəni əks etdirən müşahidə kameralarının görüntüləri əldə olunub və digər zəruri prosessual hərəkətlər icra olunub. Araşdırmalar zamanı müəyyən olunub ki, hadisənin baş verdiyi kanal Azərbaycan Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsinin balansındadır və həmin idarə tərəfindən istismar olunur. Faktla əlaqədar Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) cinayət işi başlanıb.
Hazırda ibtidai istintaq davam etdirilir", Baş Prokurorluğun məlumatında deyilir.
01:37 / 18 Avqust 2026
17
23:40 / 17 Avqust 2026
131
23:28 / 17 Avqust 2026
68
23:13 / 17 Avqust 2026
63
23:00 / 17 Avqust 2026
71
22:22 / 17 Avqust 2026
61
21:56 / 17 Avqust 2026
83
21:49 / 17 Avqust 2026
100
21:43 / 17 Avqust 2026
88
21:33 / 17 Avqust 2026
113
20:56 / 17 Avqust 2026
101
20:26 / 17 Avqust 2026
76
20:14 / 17 Avqust 2026
151
19:48 / 17 Avqust 2026
92
19:35 / 17 Avqust 2026
79
19:24 / 17 Avqust 2026
96
19:10 / 17 Avqust 2026
105
18:58 / 17 Avqust 2026
91
18:51 / 17 Avqust 2026
97
18:45 / 17 Avqust 2026
335
18:36 / 17 Avqust 2026
77
18:30 / 17 Avqust 2026
436
18:23 / 17 Avqust 2026
487
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.