Polis bu qadınları axtarır – FOTO
17 Avqust 2026, 23:40
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
229
29.06.2025, 23:48
Son illərdə Rusiyada baş verən ictimai-siyasi hadisələr, xüsusilə miqrantlara və milli azlıqlara qarşı atılan addımlar bu ölkədə diskriminasiya xarakterli siyasətin getdikcə daha da gücləndiyini göstərir.
Oxu24.com xəbər verir kibunu Milli.Az-a açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
S.Mikayılova bildirib ki, müxtəlif regionlarda, o cümlədən Yekaterinburqda baş verən son insidentlər bir daha sübut edir ki, proseslər təsadüfi deyil.
"Artıq Rusiya hakimiyyəti insan resursu çatışmazlığını aradan qaldırmaq üçün müxtəlif yollar axtarır və bu prosesdə miqrantlara qarşı təzyiq, şantaj və məcburiyyət üsullarından istifadə olunur. Miqrantların narkotik ittihamları, saxta cinayət işləri və ailə üzvləri ilə şantaj edilməsi geniş yayılmış üsullardandır.".
Onun sözlərinə görə, bu siyasət yalnız miqrantlara deyil, eyni zamanda milli azlıqlar arasında Rusiya vətəndaşlarına da yönəlib. Hadisələrin yalnız Yekaterinburqla məhdudlaşmadığı, ölkənin digər bölgələrində də sistemli şəkildə həyata keçirildiyi görünür. Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin son etirafları və rəsmi statistika da bu tendensiyanın miqyasını ortaya qoyur.
"Azərbaycanla bağlı münasibətlər kontekstində də ciddi siqnallar mövcuddur. Azərbaycan hələ də öz mülki təyyarəsinin vurulması faktını unutmamışdır. Moskvanın bu məsələdə sərgilədiyi laqeydlik və passiv mövqe Azərbaycanda haqlı narazılıq doğurur. Rəsmi Bakı bu hadisəni beynəlxalq müstəviyə çıxararaq günahkarların cəzalandırılmasına və ədalətli kompensasiyaların təmin olunmasına nail olmaq niyyətindədir".
Deputat qeyd edib ki, Azərbaycan parlamentinin deputatının Həştərxanda keçirilən tədbirə buraxılmaması, ölkəmizin informasiya resurslarına qarşı həyata keçirilən kiberhücumlar və Milli Məclisin komissiya hesabatında yer alan faktlar Rusiyanın Azərbaycana qarşı münasibətində qərəzli mövqeyin mövcudluğunu açıq şəkildə göstərir.
"Kremlə yaxın media nümayəndələri, xüsusilə Solovyov kimi təbliğatçılar açıq anti-Azərbaycan ritorikası ilə çıxış edərək cəmiyyət arasında düşmən obrazı formalaşdırmağa çalışırlar. Bu da onu göstərir ki, proses təkcə spontan reaksiyalar yox, mərkəzləşdirilmiş ideoloji kampaniyanın nəticəsidir".
S.Mikayılova əlavə edib ki, eyni zamanda Ermənistanda revanşist qüvvələrin fəallaşması, Koçaryan və Sarkisyan kimi fiqurların yenidən səhnəyə çıxması da Moskvadan idarə olunan daha geniş planın tərkib hissəsidir. Məqsəd Cənubi Qafqazda gərginliyi yenidən alovlandırmaq, regionu müharibə və xaos içərisində saxlamaqdır.
Bütün bu proseslər bir daha sübut edir ki, Rusiyanın mövcud milli siyasəti yalnız region üçün deyil, ümumilikdə beynəlxalq sabitlik üçün də ciddi təhdidlər yaradır. Azərbaycan isə qarşı tərəfin bütün təzyiqlərinə baxmayaraq öz mövqeyini qoruyacaq, milli maraqlarını müdafiə etməkdə davam edəcəkdir".
01:37 / 18 Avqust 2026
17
23:40 / 17 Avqust 2026
131
23:28 / 17 Avqust 2026
68
23:13 / 17 Avqust 2026
63
23:00 / 17 Avqust 2026
71
22:22 / 17 Avqust 2026
61
21:56 / 17 Avqust 2026
83
21:49 / 17 Avqust 2026
100
21:43 / 17 Avqust 2026
88
21:33 / 17 Avqust 2026
113
20:56 / 17 Avqust 2026
101
20:26 / 17 Avqust 2026
76
20:14 / 17 Avqust 2026
151
19:48 / 17 Avqust 2026
92
19:35 / 17 Avqust 2026
79
19:24 / 17 Avqust 2026
96
19:10 / 17 Avqust 2026
105
18:58 / 17 Avqust 2026
91
18:51 / 17 Avqust 2026
97
18:45 / 17 Avqust 2026
335
18:36 / 17 Avqust 2026
77
18:30 / 17 Avqust 2026
436
18:23 / 17 Avqust 2026
487
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.