Vəkil Elşad Məmmədov həbs edilib
18 Avqust 2026, 22:36
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
235
17.06.2025, 19:04
“Tiktok”da investisiya və yatırım adı altında vətəndaşların pulunu ələ keçirən şəxs saxlanılıb.
Oxu24.com DİN-ə istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sosial şəbəkələrdə investisiya və yatırım, eləcə də qanunsuz onlayn qumar-kazino oyunlarında qazanc əldə etmək adı altında dələduzluq edən 23 yaşlı Fərhad Süleymanov saxlanılıb.
O, “TikTok” sosial şəbəkəsində “Gazanc Tiktok”, “Zahid.Əliyev114”, “Yusif Mamedov” adlı səhifələr açaraq orada tanış olduğu şəxslərə kiçik məbləğlərdə pul vəsaitləri göndərdikləri təqdirdə yüksək məbləğdə qazanc əldə edəcəklərini, qanunsuz onlayn qumar-kazino oyunlarına investisiya yatıraraq maddi gəlir qazanacaqlarına dair yalan vədlər verib.
F.Süleymanov bu kimi kiberdələduzluq üsulları ilə 20-yə yaxın vətəndaşı aldadaraq onların pul vəsaitini ələ keçirib. Faktlarla bağlı araşdırma aparılır. F.Süleymanovun qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.
Bir daha vətəndaşlara müraciət edirik ki, sosial şəbəkələrdə tanış olduqları naməlum şəxslərin saxta vədlərinə aldanmasınlar, investisiya və ya yatırım adı altında gələn şirnikləndirici təklifləri qəbul etməsinlər.
Maddi vəsaitlərini tanımadıqları şəxslərə göndərməsinlər, şəxsi və bank kartı məlumatlarını heç bir halda qarşı tərəflə bölüşməsinlər.
00:29 / 19 Avqust 2026
29
23:51 / 18 Avqust 2026
53
23:16 / 18 Avqust 2026
60
22:48 / 18 Avqust 2026
54
22:48 / 18 Avqust 2026
55
22:36 / 18 Avqust 2026
78
22:02 / 18 Avqust 2026
76
21:50 / 18 Avqust 2026
80
21:29 / 18 Avqust 2026
73
21:21 / 18 Avqust 2026
84
21:20 / 18 Avqust 2026
91
21:16 / 18 Avqust 2026
83
20:34 / 18 Avqust 2026
75
20:08 / 18 Avqust 2026
79
19:50 / 18 Avqust 2026
79
19:45 / 18 Avqust 2026
140
19:19 / 18 Avqust 2026
69
19:07 / 18 Avqust 2026
89
18:38 / 18 Avqust 2026
146
18:17 / 18 Avqust 2026
86
18:06 / 18 Avqust 2026
102
17:55 / 18 Avqust 2026
99
17:40 / 18 Avqust 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.