Həbsxanaya sümüyün içində heroin keçirilməsinin qarşısı alınıb
23 İyun 2025, 18:11
Qaynar xətt:
(+99450) 247 90 86Aybənizin ölümündə yeni detallar: Mahmudov anestezioloq deyilmiş, həkimin də ali təhsili yox imiş...
KRİMİNAL
149
10.06.2025, 11:45
29 yaşlı Aybəniz Almuradovanın ötən ilin iyununda liposaksiya əməliyyatı zamanı vəfat etməsi ilə bağlı açılan cinayət işinin yeni təfərrüatları məlum olub.
Musavat.com xəbər verir ki, iki uşaq anası Aybəniz Almuradova “Reo-Med” klinikasında əməliyyat edilən zaman dünyasını dəyişib. Almuradovanın ölümündə həkim Mətanət Eyvazova və anestezioloq Babək Mahmudov ittiham edilirdi.
Günahkar kimdir?
Mətanət Eyvazova xəstənin ölümündə əli olmadığını, xəstəyə əlini belə vurmadığını demişdi. İş üzrə əsas təqsirləndirilən şəxs kimi anestezioloq Babək Mahmudov göstərilirdi. Lakin mərhumun ailəsi həkimdən də şikayətçidir. Babək Mahmudov iş üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.
Məhkəmənin hökmü ilə B.Mahmudov barəsində 2 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.
Mərhumun bacısı Gülər Əliyeva hüquqi varis kimi bildirib ki, B.Mahmudova ağır cəza verilməsini, həkimin də məsuliyyətə cəlb edilməsini istəyirlər.
Klinika heç bir məsuliyyət daşımır?
İstintaq zamanı müəyyən edilib ki, Babək Mahmudov 2023-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinin “müalicə işi və profilaktika” fakültəsini bitirsə də, anesteziologiya-reanimatologiya ixtisası üzrə rezidentura kursu keçməyib. Həmin sahə üzrə praktik tibbi fəaliyyətlə məşğul olması üçün sertifikasiya şəhadətnaməsi almayıb. “Reo-Med” klinikasına əmək müqaviləsi bağlanmadan çalışırmış.
Müəyyən edilib ki, əməliyyatdan əvvəl xəstənin nevroloji vəziyyəti, ürək fəaliyyəti nevropatoloq tərəfindən dəyərləndirməyib. “Markain” adlı dərmanın istifadəsindən əvvəl xəstənin allergik reaksiyasının olub-olmadığını müəyyən edilməyib.
Təqsirləndirilən şəxsin ifadəsindən məlum olub ki, hadisənin baş verdiyi klinikanı Əli və Aysel adlı şəxslər çalışdırırmış. Onlar klinikanın bir neçə həftə əvvəl yeni icarəyə götürüblərmiş:
Həmçinin oxuyun
“Mənə dedilər ki, “Alo doktor” klinikası da onlarındır. Bu klinikanın da adını dəyişib “Alo doktor” qoyacaqlarını dedilər”.
Babək Mahmudovun ifadəsində maraqlı məqamlar da üzə çıxıb:
“İşlə bağlı danışdığımız gün Əli müəllim klinikada yenidənqurma işləri apardığını dedi. “Sabaha beş əməliyyatımız var, gəl sabahdan anestezioloq kimi işə başla” deyərək məni işə qəbul elədi. Aylıq 1000 manat əmək haqqıya razılaşdıq. Səhər işə gəldiyim gün Aybəniz Almuradovanı anesteziya edilməsi üçün əməliyyata hazırlayarkən qarın nahiyəsində piy kütləsi çox olmadığından əməliyyat uzun vaxt tələb etməyəcəyinə görə anesteziyanı spinal qaydada etməyi qərarlaşdırdım. İlk dəfə spinal anestezi aparatını Aybənizin bel fəqərəsinə daxil etdikdə Aybənizin halı pisləşərək təzyiqi aşağı düşdü. Aybənizə “kafein” inyeksiya edib, ayaqlarını yuxarı istiqamətdə qaldırdıq. Təzyiqi normallaşandan sonra yenidən spinal anesteziya edərkən 2-3 dəqiqə sonra xəstə anafilaktik şok keçirdi. Əl və ayaq nahiyələrində qıcolma, çənə kilidlənməsi, göz bəbəklərinin yuxarı doğru hərəkəti müşahidə olundu. Ürəyi dayandığına görə xəstəyə qapalı kardioloji masaj tətbiq etdik. Ürək ritmini geri qayıtdıqdan sonra “Məlhəm” hospitalına köçürüldü”.
Babək Mahmudovun ifadəsindən məlum olub ki, klinika rəhbərliyi onun ixtisasının anestezoloq olmadığını bildikləri halda işə götürüblər.
Mərhumun bacısı Gülər Əliyeva hüquqi varis dindiirlən zaman kimi bildirib ki, bacısına huşu qapalı olmasına baxmayaraq, ikinci dəfə anesteziya iynəsi vurulub: “Bu göstərişi həkim Mətanət Eyvazova verib. Təqsirləndirilən şəxsdən şikayətçiyik. Mətanət Eyvazovanın da cinayət məsuliyyətinə cəlb edilməsini tələb edirik”.
Mətanət Eyvazova isə mətbuata açıqlamasında xəstənin ölümündə əli olmadığını bildirib:
“Xəstəyə əlim belə dəyməyib. Əməliyyatdan öncə müvafiq müayinələrdən keçib. Hər şey qaydasında olub. Xəstənin halı narkoz verilən zaman pisləşib, bir neçə gün komada qalıb. Xəstəyə liposaksiya məqsədilə mən tərəfindən qəti şəkildə toxunulmayıb. Bildiyiniz kimi xəstə əməliyyata hazırlanır, daha sonra həkim əməliyyat otağına daxil olub, proseduru icra edir. Mən qəbul otağımda olarkən, onun halı pisləşib. Barəmdə yazılan dezinformasiyaları qəbul etmirəm. Artıq hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Haqlı olduğumun sübutu var”.
Həkim Eyvazova məhkəmədə bildirib ki, ali tibb təhsili olmayıb: “Klinikaya kosmetoloq kimi işə qəbul edilmişdim. Yüngül prosedurları həyata keçirdim. Əməliyyat zamanı xəstəyə növbəti iynənin vurulmasını göstərişini mən verməmişəm. Aybəniz Almuradovanı “Məlhəm” klinikasına mən aparmışam. Xəstənin müalicəsi üçün bütün xərcləri də mən qarşılamışam”.
Qeyd edək ki, "Reo-Med" klinikasını idarə edən Əli Hüseynov "Dünya TV"nin rəhbəri Ramiz Hüseynovun oğludur. Əli Hüseynovun adı yerli mətbuata yad deyil. Bir neçə il əvvəl Əli Hüseynovun avtomobillə adam vuraraq öldürməsi barədə də məlumatlar dərc edilib.
00:31 / 24 İyun 2025
Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişib
206
00:11 / 24 İyun 2025
Rusiya təcili bəyanat yayıb
624
23:33 / 23 İyun 2025
Tramp: İranın Bəhreyn və İraqdakı ABŞ bazalarına hücum edəcəyi gözlənilir
194
23:19 / 23 İyun 2025
Paytaxtın bu ərazisində 4 saat işıq olmayacaq
64
23:04 / 23 İyun 2025
AZAL-ın təyyarəsi geri dönür - Təcili
2249
22:44 / 23 İyun 2025
İran yaxın saatlarda bu 6 ölkəyə hücum edə bilər – SİYAHI
486
22:40 / 23 İyun 2025
Axundun qaçırdığı 16 yaşlı qızın ailəsində faciə baş verib - VİDEO
76
22:26 / 23 İyun 2025
İsrail münaqişə başlayandan bəri Tehrana ən irimiqyaslı zərbələr endirib
54
22:15 / 23 İyun 2025
İran qisası belə alıb
63
22:11 / 23 İyun 2025
ABŞ hərbçilərindən heç kim xəsarət almayıb
52
22:08 / 23 İyun 2025
ABŞ qırıcıları İranı bombalamağa gəlir
524
22:00 / 23 İyun 2025
Xameneinin yerinə varis seçilir - İki namizəd var
255
21:48 / 23 İyun 2025
İranla müharibə Azərbaycana təsir etdi-VİDEO
63
21:47 / 23 İyun 2025
İran təcili bəyanat yaydı
2020
21:29 / 23 İyun 2025
TƏCİLİ! İran ABŞ-yə qarşı əməliyyata başladı:Raket atışı başladı
299
21:18 / 23 İyun 2025
Yodla zəngin qidalar
107
21:07 / 23 İyun 2025
ABŞ-nin İrana hücumuna Pakistandan REAKSİYA
57
21:04 / 23 İyun 2025
İran Qətərdəki ABŞ bazalarına 6 raket atıb
56
20:19 / 23 İyun 2025
Bakıda daha 3 ünvanda mindirib-düşürmə yerləri yaradılıb
66
20:03 / 23 İyun 2025
Tanınmış aktrisa vəfat etdi - FOTO
66
19:50 / 23 İyun 2025
"Supermen" təmizlikçi zibili havada tutub, sürücüyə qaytardı - "Bir daha atma!" - VİDEO
113
18:31 / 23 İyun 2025
İranda avropalı casus saxlanılıb
64
18:11 / 23 İyun 2025
Həbsxanaya sümüyün içində heroin keçirilməsinin qarşısı alınıb
74
17:55 / 23 İyun 2025
Fars körfəzində 1 000-ə yaxın gəminin iştirakı ilə tıxac yaranıb
66
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.