DİN açıqlama yaydı: 4 nəfər ölüb
18 Noyabr 2026, 21:03
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1722
13.05.2025, 12:15
Tərtərin Poladlı kəndində 1990-cı il təvəllüdlü Hafizə Rzayevanı qətlə yetirməkdə şübhəli bilinən 1957-ci il təvəllüdlü Şəhriyar Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Oxu24.com-un xəbərinə görə, faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
APA-nın əldə etdiyi məlumata görə, hadisə ailə-məişət münaqişəsi zəminində baş verib.
Hadisəni törədən şəxsin kənd sakini Şəhriyar Hüseynov olduğu bildirilir. Onun gəlini Hafizə Rzayevanı qətlə yetirdiyi bildirilir.
Tərtərdə baş verən qətlin təfərrüatları məlum olub.
***
"Report" verir ki, Poladlı kənd sakini 1957-ci il təvəllüdlü Şəhriyar Hüseynov bu gün səhər saatlarında 1990-cı il təvəllüdlü Hafizə Rzayevanı bıçaqlayaraq qətlə yetirib.
Qətli törətməkdə şübhəli bilinən Ş.Hüseynov səhər saatlarında təkidlə oğlunun işə getməsini tələb edib. Bir müddətdən sonra isə oğluna zəng edərək törətdiyi hadisə barədə məlumat verib. Bildirilir ki, qətlə yetirilən gəlin bir müddətə qədər Ağdam-Bərdə yolu kənarında olan ticarət mərkəzində satıcı işləyib. Bir neçə gün öncə ailəsinin təkidilə işdən çıxıb.
Şəhriyar Hüseynov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
21:40 / 18 Noyabr 2026
4
21:26 / 18 Noyabr 2026
40
21:20 / 18 Noyabr 2026
44
21:09 / 18 Noyabr 2026
51
21:03 / 18 Noyabr 2026
63
20:53 / 18 Noyabr 2026
79
20:50 / 18 Noyabr 2026
62
20:45 / 18 Noyabr 2026
200
20:42 / 18 Noyabr 2026
87
20:40 / 18 Noyabr 2026
82
20:34 / 18 Noyabr 2026
84
20:28 / 18 Noyabr 2026
76
20:19 / 18 Noyabr 2026
535
20:05 / 18 Noyabr 2026
109
19:56 / 18 Noyabr 2026
114
19:41 / 18 Noyabr 2026
103
19:36 / 18 Noyabr 2026
106
19:36 / 18 Noyabr 2026
100
19:26 / 18 Noyabr 2026
114
19:19 / 18 Noyabr 2026
132
19:15 / 18 Noyabr 2026
109
19:08 / 18 Noyabr 2026
137
18:50 / 18 Noyabr 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.