Qaynar xətt:

(+99450) 247 90 86

Sumqayıtdan dəhşətli xəbər: İki nəfəri yaraladı 

Sumqayıtdan dəhşətli xəbər: İki nəfəri yaraladı 

KRİMİNAL

386

12.05.2025, 21:40

Sumqayıtda naməlum şəxs iki nəfəri bıçaqlayıb.

“Report” məlumat verir ki, hadisə şəhərin 18-ci mikrorayon ərazisində qeydə alınıb.

Naməlum şəxs aralarında baş vermiş münaqişə zəminində Sumqayıt şəhər sakinləri, 1972-ci il təvəllüdlü Nəcəfov Mahir Əşrəf oğlu və qohumu, 1977-ci il təvəllüdlü Zamanov Qismət Salman oğluna bıçaqla xəsarət yetirib.

Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır