Qaynar xətt:

(+99450) 247 90 86

Balaxanıda yük maşınından 600 litr yanacaq oğurlanıb 

Balaxanıda yük maşınından 600 litr yanacaq oğurlanıb 

KRİMİNAL

322

12.05.2025, 14:39

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Avtomobildən təkər və yanacaq oğurlayan şəxslər saxlanılıblar.

Oxu24.com   DİN-ə istinadən xəbər verir ki, Sabunçu rayonu Balaxanı qəsəbəsinin ərazisində paytaxt sakininə məxsus “MAN” markalı avtomobildən 1400 manat dəyərində təkər və 600 litr yanacaq oğurlanıb.

Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı E.Bayramov və 34 yaşlı E.Bəkirov müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalar aparılır.