Bakıda marketdə faciə yaşandı: Ölənlər var +ADLAR
28 May 2025, 18:58
Qaynar xətt:
(+99450) 247 90 86"Patı" çəkib bu hala düşdü — Ekspert xəbərdarlıq etdi
KRİMİNAL
3069
14.03.2025, 13:17
“Patı” qəbul etdikdən sonra alt geyimində küçəyə çıxan şəxsin videosu sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.
Oxu24.com qeyd edir ki, görüntülər Ukraynada çəkilsə də,Azərbaycan üçün də öz aktuallığını qoruyur.Görülən tədbirlərə,aparılan maarifləndirmə işlərinə baxmayaraq cəmiyyət bu gün də bu bəladan xilas ola bilməyib.
Bəs,”patı” nədir ki,insanı bu hala salır?
Mövzu ilə bağlı Oxu24.com saytına danışan Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, ekspert Emil Maqalov bildirib ki, “patı” mərkəzi sinir sistemini stimulyasiya edən sintetik narkotik maddədir.
Həmçinin oxuyun
“”Patı” 1893-cü ildə Yapon alimi tərəfindən müharibələrdə iştirak edən kamikadzelər üçün istifadə yaradılmış zəhərdir. Bu, həzz almaq üçün istifadə olunan narkotik vasitə deyil. Bundan istifadə birinci dəfədən də öldürə bilir. Əlbəttə ki,ilk qəbuldan fiziki və psixoloji asılılıq yarada bilir. Hazırda bəzi narkotik istifadəçiləri bunu “kakos” adlanan heroinlə birgə istifadə edir. Bu halda onlar soyunurlar, özlərini tamamilə itirirlər. El dilində desək, divara-daşa dırmaşırlar. Etdikləri hərəkətlərdən özlərinin xəbəri olmur. Bu maddəni qəbul etdikdə bədəndə təzyiq yüksəlir, bədən istiliyi artır, göz bəbəkləri böyüyür. Beynin funksiyası pozulur və istifadəçi bir çox hallarda 2-3 gün yatmır, yeməkdən imtina edir, özünü enerjik hiss edir. Ancaq davamlı istifadə zamanı metamfetamin insanı depressiyaya salır və bu da intihara səbəb olur”,-deyə ekspert bildirib.
Fotoda Emil Maqalov
Qeyd edək ki,Dövlət səviyyəsində narkotiklərlə mübarizə fasiləsiz davam etdirilir.
Təhlil göstərir ki, 2024-cü ilin yanvar ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 413, qanunsuz satış ilə bağlı faktların sayı 137, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 277, qrup halında olan cinayətlərin sayı 13 fakt, narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı faktların sayı 7 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 80 kq 693,581qr, məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 226 nəfər, məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarının sayı isə 3 nəfər azalıb. Bu kateqoriyadan olan digər cinayətlərin sayı 1 vahid artıb.
2024-cü ilin yanvar ayı ilə müqayisədə 2025-ci ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış güclü təsirə malik narkotik vasitələrin o, cümlədən heroinin çəkisi 57 kq 878,85 qr (67,1%), tiryəkin çəkisi 2 kq 958,494 qr (18,4%), həşişin çəkisi 13 kq 603,05 qr (59,6%), psixotrop maddələrin çəkisi 8 kq 119,957 qr (35,2%) azalıb.
Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 750 kq 328,026 qr-n (90,7 %) marixuana təşkil edib.Onun da 623 kq 411,36 qramı (83%) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olub. 57 kq 624,6 qramı (7,6 %) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilib.
Qeyd olunan məlumatlar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun yaydığı hesabatdan götürülüb.
18:58 / 28 May 2025
Bakıda marketdə faciə yaşandı: Ölənlər var +ADLAR
3
18:46 / 28 May 2025
Azərbaycan lideri: Əminəm ki, Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq
5
18:41 / 28 May 2025
Qadınların əlbəyaxa davası — VİDEO
73
18:36 / 28 May 2025
Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlı görün kimdir - FOTO
18
18:28 / 28 May 2025
Prezident Türkiyə və Pakistana təşəkkür etdi
14
18:04 / 28 May 2025
Kəmaləddin Heydərov Araz Musayevi niyə işdən qovmuşdu?
487
17:59 / 28 May 2025
Əliyevlə Ərdoğana simvolik hədiyyə - Fotolar
36
17:55 / 28 May 2025
Yazıçı-publisist Camal Zeynaloğlu kitab festivalında iştirak edib
44
17:51 / 28 May 2025
Tramp İlham Əliyevi təbrik etdi
32
17:40 / 28 May 2025
Araz Musayev vurulmazdan öncə bu məmurla bağlı paylaşım edibmiş — ŞOK DETALLAR
1824
17:32 / 28 May 2025
Ərdoğan Laçında Səməd Vurğunun "Azərbaycan" şeirini səsləndirib
59
17:06 / 28 May 2025
SON DƏQİQƏ! Araz Musayev vuruldu - ŞOK VİDEO
1364
16:51 / 28 May 2025
Sahil Babayev ona yüksək vəzifə verdi - FOTO
367
16:49 / 28 May 2025
Ərdoğan: Laçında üçüncü hava limanının inşası Azərbaycanın mövqeyini daha da gücləndirib
38
16:43 / 28 May 2025
Liderlər çıxış edir - CANLI
46
16:23 / 28 May 2025
Güclü yanğın: Həyatını itirən və yaralı var
385
16:21 / 28 May 2025
Laçında Azərbaycan, Türkiyə və Pakistan Zirvə görüşü keçirildi
53
16:20 / 28 May 2025
“Azərbaycan daim Türkiyə və Pakistanın yanında olub” - Prezident
44
16:14 / 28 May 2025
Azərbaycanın ət idxalı azalıb
54
16:12 / 28 May 2025
Azərbaycan ictimaiyyətinə ağır itki üz verdi
655
13:46 / 28 May 2025
Güclü partlayış olub
151
13:38 / 28 May 2025
Nazirdən Aİ-92 markalı benzinlə bağlı açıqlama
594
13:04 / 28 May 2025
İlham Əliyevlə Ərdoğan Laçın hava limanının açılışını etdi - Video
357
12:58 / 28 May 2025
Bakıda mağazada içki üstündə dəhşət yaşandı: Tutulan şəxs görün kimdir
531
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.