Polis bu rayonda əməliyyat keçirib
15 Dekabr 2025, 21:59
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
329
11.03.2025, 14:11
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qusar rayonundakı terror qruplaşmasına qarşı ilin ən böyük əməliyyatı zamanı saxlanılan şəxslərin həbs müddəti uzadılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, DTX müstəntiqinin vəsatətinə Səbail Rayon Məhkəməsində baxılıb.
Məhkəmə ibtidai araşdırmanın davam etdiyini və iş üzrə yeni sübutların toplanmasının vacibliyini nəzərə alaraq saxlanılan şəxslərin istintaq təcridxanasında qalmasını zəruri hesab edib.
Qərara əsasən, təqsirləndirilən şəxslərin həbsdə saxlama müddəti 3 ay uzadılıb.
Həmçinin oxuyun
Xatırladaq ki, əməliyyat-istintaq tədbirləri ilə əvvəllər “Meşə qardaşları” adlı terror qruplaşmasının fəaliyyətində iştirak etdiyinə görə məhkum olunmuş şəxslərin qeyriləri ilə cinayət əlaqəsinə girməsi, onların birlikdə Qusar rayonu ərazisində terror aktları hazırlamaları, həmin rayonun Hil, Cibir və Yasab kəndlərini əhatə edən meşə massivində yeraltı sığınacaqlar yaratmaları, bu sığınacaqları silah-sursat, partlayıcı maddələr, texniki qurğular və digər zəruri ləvazimatlarla təchiz etmələri təsbit olunub.
Əməliyyatçılara müqavimət göstərərkən qanunsuz silahlı birləşmənin bir neçə üzvü zərərsizləşdirilib.
Cinayətkar dəstənin üzvləri - Etibar Əhmədov, Rəhim Mirzəbəyov, David Rəşidov, Şərafəddin Mahmudov, Abugül Babayev və Elçin Əlirzayev saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 28,214.2.1, 28,214.2.3, 28,214.2.6-cı (cinayətkar birlik (cinayətkar təşkilat) halında odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində terrorçuluğa hazırlıq) və digər maddələrlə ittiham elan edilib.
00:25 / 16 Dekabr 2025
42
00:14 / 16 Dekabr 2025
27
00:03 / 16 Dekabr 2025
24
23:55 / 15 Dekabr 2025
25
23:51 / 15 Dekabr 2025
276
23:45 / 15 Dekabr 2025
28
23:28 / 15 Dekabr 2025
38
23:25 / 15 Dekabr 2025
30
23:21 / 15 Dekabr 2025
63
23:14 / 15 Dekabr 2025
33
23:08 / 15 Dekabr 2025
38
23:02 / 15 Dekabr 2025
44
22:54 / 15 Dekabr 2025
35
22:49 / 15 Dekabr 2025
47
22:48 / 15 Dekabr 2025
33
22:31 / 15 Dekabr 2025
59
22:27 / 15 Dekabr 2025
46
22:09 / 15 Dekabr 2025
289
21:59 / 15 Dekabr 2025
55
21:45 / 15 Dekabr 2025
75
21:10 / 15 Dekabr 2025
1649
20:54 / 15 Dekabr 2025
104
20:38 / 15 Dekabr 2025
1375
20:16 / 15 Dekabr 2025
69
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.