Polis bu rayonda əməliyyat keçirib
15 Dekabr 2025, 21:59
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
399
11.03.2025, 10:54
Ağsu rayonunda qayınatasından hüquq-mühafizə orqanlarına şikayət edən 1997-ci il təvəllüdlü S.Cəfərovanın (şərti) həqiqətə uyğun olmayan məlumat verdiyi üzə çıxıb.
Oxu24.com xəbər verir ki, rayonun kəndlərindən birinin sakini olan qadın barəsində Cinayət Məcəlləsinin 296-cı (bilə-bilə yalan xəbərçilik etmə) maddəsi ilə iş başlanılıb.
Araşdırmalar zamanı müəyyən edilib ki, S.Cəfərovanın həyat yoldaşı ilə problemləri olub.
O, 2024-cü il oktyabrın 13-də övladlarını və həyat yoldaşını ataraq internetdə tanış olduğu və Bakıda yaşayan oğlanın yanına qaçıb. Lakin 1 həftə sonra S.Cəfərova kəndə - atası evinə qayıtmalı olub. Yaşadığı kənddə barəsində xoşagəlməz söz-söhbətlərin yayılacağını, rüsvay olacağını düşünən 28 yaşlı qadın vəziyyətdən çıxmaq üçün prokurorluğa yalan məzmunlu şikayət ünvanlayıb.
O, evdən qaçdığı gün guya qayınatası tərəfindən seksual xarakterli təcavüzə məruz qaldığını iddia edib.
Həmçinin oxuyun
Aparılan ekspertiza zamanı S.Cəfərovanın təcavüzə məruz qalmadığı, üzərindəki xəsarətləri özü-özünə yetirdiyi məlum olub. Həmçinin digər sübutlar onun yalan məlumat verdiyini də üzə çıxarıb.
Cinayət işi açılan S.Cəfərova barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri qətimkan tədbiri seçilib.
Ağsu Rayon Məhkəməsinin 7 mart tarixli hökmü ilə ona 2 il azadlığın məhdudlaşdırılması cəzası verilib və ayağına elektron nəzarət cihazı yerləşdirilib.(Qafqazinfo)
00:14 / 16 Dekabr 2025
8
00:03 / 16 Dekabr 2025
12
23:55 / 15 Dekabr 2025
18
23:51 / 15 Dekabr 2025
193
23:45 / 15 Dekabr 2025
23
23:28 / 15 Dekabr 2025
33
23:25 / 15 Dekabr 2025
29
23:21 / 15 Dekabr 2025
43
23:14 / 15 Dekabr 2025
32
23:08 / 15 Dekabr 2025
36
23:02 / 15 Dekabr 2025
39
22:54 / 15 Dekabr 2025
34
22:49 / 15 Dekabr 2025
41
22:48 / 15 Dekabr 2025
31
22:31 / 15 Dekabr 2025
56
22:27 / 15 Dekabr 2025
42
22:09 / 15 Dekabr 2025
264
21:59 / 15 Dekabr 2025
52
21:45 / 15 Dekabr 2025
73
21:10 / 15 Dekabr 2025
1609
20:54 / 15 Dekabr 2025
99
20:38 / 15 Dekabr 2025
1332
20:16 / 15 Dekabr 2025
65
19:46 / 15 Dekabr 2025
169
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.