Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Vəzifəli şəxslər qəzaya düşdülər: Ölən var 

KRİMİNAL

1215

06.03.2025, 21:18

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qəzaya düşüb.

Oxu24.com xəbər verir  ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Ağdam-Füzuli yolunda baş verib.

Belə ki, Məmmədova Svetlana və Fərzəliyev Rafet xidməti vəzifələrini yerinə yetirərkən Ağdam-Füzuli  yolunda  avtomobil qəzasına uğrayıblar. 

Məmmədova Svetlana hadisə yerində dünyasını dəyişib, Fərzəliyev Rafət isə xəsarət alıb və xəstəxanaya yerləşdirilib.