Cinayət işi: Könül Kərimovanın da adı hallanır – DETALLAR
27 Avqust 2026, 12:27
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
309
06.01.2025, 12:00
Sosial şəbəkələrdə Lənkəranda bir neçə yeniyetmənin qəbiristanlıqda qeyri-etik hərəkətlər etməsini əks etdirən görüntülər yayılıb.
Oxu24.com nun əldə etdiyi məlumata görə, hadisə ötən ilin 23 dekabr tarixində baş verib. Belə ki, orta məktəb şagirdi olan yeniyetmələrdən biri məzarın üzərindəki şəklə pomada ilə rəsm çəkib. Həmçinin onlar hərəkətlərini davam etdirərək qeyri-etik ifadələr işlədiblər, qəbirlərin üstünə çıxaraq qaçıblar. Onlar etdikləri hərəkətləri digər dostları ilə də paylaşıblar və beləliklə görüntülər yayılıb.
Video sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. İstifadəçilərin bir çoxu həmin yeniyetmələrin saxlanılaraq cəzalandırılmasının, valideynlərinin də məsuliyyətə cəlb edilməsinin vacib olduğunu qeyd ediblər.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev sorğumuza cavab olaraq bildirib ki, artıq həmin yeniyetmələrlə bağlı tədbirlər görülüb: “Həmin əməli törədən azyaşlılar Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilib. Valideynlər və pedaqoqların iştirakı ilə izahatları alınaraq araşdırma aparılıb. Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmadıqları üçün barələrində cinayət işinin başlanması rədd edilib. Həmin azyaşlılarla profilaktiki söhbətlər aparılmaqla qəbul edilmiş qərar aidiyyəti üzrə Rayon İcra Hakimiyyəti yanında müvafiq komissiyaya göndəriləcək”.
Şagirdlərin adlarının açıqlanmaması və üzlərinin görünməməsi üçün sözügedən videonun redaktə edilmiş versiyasını təqdim edirik:
16:05 / 27 Avqust 2026
30
16:02 / 27 Avqust 2026
34
15:40 / 27 Avqust 2026
128
15:40 / 27 Avqust 2026
48
15:16 / 27 Avqust 2026
56
15:15 / 27 Avqust 2026
59
14:59 / 27 Avqust 2026
60
14:45 / 27 Avqust 2026
62
14:35 / 27 Avqust 2026
67
14:19 / 27 Avqust 2026
78
14:10 / 27 Avqust 2026
73
13:51 / 27 Avqust 2026
73
13:45 / 27 Avqust 2026
65
13:34 / 27 Avqust 2026
83
13:30 / 27 Avqust 2026
75
13:19 / 27 Avqust 2026
73
13:10 / 27 Avqust 2026
76
12:54 / 27 Avqust 2026
72
12:51 / 27 Avqust 2026
68
12:35 / 27 Avqust 2026
317
12:31 / 27 Avqust 2026
71
12:27 / 27 Avqust 2026
1426
12:13 / 27 Avqust 2026
141
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.