Qaynar xətt:

(+99450) 247 90 86

Maşınlardan pul oğurlayanlar tutuldu

Maşınlardan pul oğurlayanlar tutuldu

KRİMİNAL

346

02.08.2024, 12:58

Nərimanov rayonu ərazisində “Hyundai” və “Volkswagen” markalı avtomobildən mobil telefonlar, içərisində bank kartları və sənədlər olan pul kisəsi, həmçinin 1100 manatın oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-nin mətbuat xidmətindən  verilən məlumata görə, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən T.Mehdiyev və N.Əsgərov müəyyən olunaraq saxlanılıblar.

Hər iki faktla bağlı araşdırmalar aparılır.