Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda evdən 15 minlik qızıl oğurlandı

Bakıda evdən 15 minlik qızıl oğurlandı

KRİMİNAL

282

29.07.2024, 12:44

Xətai rayonu ərazisində oğurluq olub.

Oxu24.com xəbər verir ki, polisə müraciət edən ev sahibəsi oradan 15 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Xətai RPİ 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və dələduzluğa görə məhkum olunmuş Taleh Salmanov müəyyən olunaraq saxlanılıb.

Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.