Bakıda oğurluqla məşğul olan şəxslər tutulub.
Oxu24.com xəbər verir ki, Xətai rayonu, K.Kərimov küçəsi-7 ünvanının yaxınlığında, qorunan Neft kəmərlərinin ərazisində kəsilmiş vəziyyətdə olan ümumi uzunluğu 30 metr, diametri 1000 mm olan metal borunu “Qaz 24” markalı avtomobilə yükləyib oğurlamaq istəyən şəxslər müəyyənləşdirilib.
Əməliyyat tədbirləri nəticəsində Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun Mühafizəsi üzrə Polis İdarəsinin əməkdaşları 3 nəfəri saxlayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə Polis Bölməsinə təhvil veriblər. Bölmədə aparılan araşdırmalarla saxlanılan şəxslərin Xətai rayon sakinləri və hər üçü əvvəllər məhkum olunmuş 1961-ci il təvəllüdlü İsmayılov Rəfail Hüseyn oğlu, 1975-ci il təvəllüdlü Eyvazov Sergey Misir oğlu və 1979-cu il təvəllüdlü Quliyev Rəşad Cümşüd oğlu olduqları müəyyən edilib.
Faktla bağlı Xətai RPİ-nin 37-ci Polis Bölməsində araşdırma aparılır. Oxu24.com
ŞƏRHLƏR