Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan banklarının aktivləri 65 mlrd. manatı ötüb 

Azərbaycan banklarının aktivləri 65 mlrd. manatı ötüb 

CƏMİYYƏT

38

24.11.2026, 10:00

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın bank sektorunun aktivləri 14%-dən çox artaraq 65 milyard manatı ötüb.

Oxu24.com  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin birinci müavini Əliyar Məmmədyarov X Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bank sektorunun kredit portfeli 14% artaraq 34 milyard manatı üstələyib. İlin əvvəlindən bankların biznes kreditləri 17% artaraq 19 milyard manata yaxınlaşıb.

Əhalinin əmanətləri isə 15%-ə yaxın artaraq tarixi rekord səviyyəyə – 18,7 milyard manata çatıb.

Əliyar Məmmədyarov qeyd edib ki, 2023-cü ilin sonu ilə müqayisədə unikal əmanətçilərin sayı 2,2 dəfə artaraq 235 min nəfəri ötüb.

Eyni zamanda, əhalinin əmanətlərində dedollarlaşma tendensiyası davam edir. Hazırda əhalinin əmanətlərinin yalnız 28%-i xarici valyutadadır.

AMB rəsmisi vurğulayıb ki, qeyd olunan göstəricilər bank sektoruna olan etimadın bariz nümunəsidir.