Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11068
az

Daşkəsəndə dəhşət — Beşinci arvadını və 35 günlük körpəsini qətlə yetirdi

10:4419 Mart, 2019
752
KRİMİNAL
  • A
 
Arvadını və 35 günlük körpəsini öldürən şəxs Ali Məhkəməyə müraciət edib.

"Ölkə.Az"  xəbər verir ki, 20 il azadlıqdan məhrum edilən1979-cu il təvəllüdlü Rafiq Əliş oğlu Ələkbərovun məhkəmə prosesi mart ayının 19-da hakim Gülzar Rzayevanın sədrliyi ilə keçiriləcək.

Xatırladaq ki, 2018-ci ilin iyun ayında arvadını və 35 günlük körpəsini öldürən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham olunub. Təqsirli bilinən R.Ələkbərova Qeyd edək ki, R.Ələkbərov beşinci həyat yoldaşı olan, 1980-ci il təvəllüdlü Kamilə Daşdəmir qızı Məmmədovanı çomaqla döyərək onu qətlə yetirib. Hadisə zamanı qadının qucağında saxladığı 20 günlük körpəsi də çomaq zərbələri alaraq ölüb. Ələkbərov qadının və körpə uşağının öldüyünü bildikdən sonra hadisə yerindən qaçaraq istintaqdan yayınmağa çalışıb.

Saxlanılan 1979-cu il təvəllüdlü Ələkbərov Raqif Əliş oğlu istintaqa verdiyi ifadəsində bildirib ki, üç ay əvvəl həyat yoldaşını döyüb. Qadın isə polisə şikayət edib. Nəticədə R.Ələkbərov məhkəmə qərarı ilə 500 manat məbləğində cərimələnib.

Ələkbərov ifadəsində qeyd edib ki, həmin gündən bəri o qədər pulu necə ödəyəcəyini düşünüb və psixoloji sarsıntı keçirib. Hadisəni törətdiyi gün sərxoş olan R.Ələkbərov həyat yoldaşı, 1980-ci il təvəllüdlü Kamilə Daşdəmir qızı Məmmədova ilə mübahisə edib:
 "Mən Kamiləyə dedim ki, niyə belə elədin, nə üçün polisə şikayət etdin? Vəziyyətimizin yaxşı olmayan vaxtında niyə 500 manat cərimə ödəyim?! "Niva" markalı avtomobilimi satmaq istədim. Həmin vaxt Kamilə mənimlə sərt danışdı. Mən də içkili idim, ağlım başımda deyildi. Qadın uşaqları götürüb rayonun Dardərə kəndindəki ata evinə getmək istədi, ancaq qoymadım, başladım ona təpik və yumruqla zərbələr vurmağa. Əsəblərim sakitləşmədi, sonra onun başına çomaqla vurdum. Mən uşağı vurmamışam. Heç uşağı görməmişəm də. Sonra bildim ki, mən Kamiləni vuranda uşaq qucağında olub. Əvvəl bilmədim öldüyünü. Çarpayıda uzanmışdı. Bir də baxdım ki, nəfəsi gəlmir. Qorxdum, evdən çıxaraq qaçdım. Göygöl rayonunun Zurnabad kəndində yaşayan əmim oğlanlarının yanına".

O, qaçarkən meşəlikdə tutulub. Hadisə zamanı evdə Kamilənin əvvəlki ərindən olan 6 yaşlı qızı olub.

İstintaq zamanı məlum olub ki, Rafiq spirtli içki düşkünü olub. O, bundan əvvəlki arvadlarını da döyüb, onlara zülm edib. Ona görə də bundan əvvəlki arvadlarının hərəsi 1-2 il qalıb, sonra baş götürüb qaçıblar. Rafiqin isə arvad alıb boşaması adi hala çevrilib. Rafiq bundan əvvəlki arvadı İnci Vəliyevanı da çomaqla döyüb. O vaxt qonşular arvadı vaxtında xəstəxanaya çatdırdılar. Arvad polisə şikayət etdi və Rafiqi həbs etdilər. Həbsdən çıxandan sonra isə Kamilə Məmmədova ilə evləndi. Kamilə Məmmədova da boşanmış qadın olub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi