Qaynar xətt:

(+99450) 247 90 86

Sumqayıtda 27 yaşlı gənc özünü dənizə ataraq intihar edib

2019-03/1552553710_m1501570507.jpg

KRİMİNAL

892

14.03.2019, 12:53

\"\"  Fövqəladə Hallar Nazirliyinin \"112\" qaynar telefon xəttinə dənizdə (Sumqayıt şəhəri) batdığı ehtimal olunan 1992-ci il təvəllüdlü Vəlişov Səyavuş Abdul oğlunun axtarışlarının aparılması üçün müraciət daxil olub.
Nazirlikdən  verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. S.Vəlişovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.