Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10857
az

Qayınatasını döyən dünya çempionunun məhkəməsində polis əməkdaşı dindirilib

17:3213 Mart, 2019
540
KRİMİNAL
  • A
 
 Ağır Cinayətlər Məhkəməsində kikboks üzrə 5 qat dünya çempionu Ehram Məcidovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Oxu24.com xəbər verir ki, "Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində təcili yardımda həkim işləyən Akif Əliyev ifadə verib.
O bildirib ki, çağırışla hadisənin baş verdiyi Binəqədi rayon İcra şöbəsinə gediblər: "Bəhruz Dilbazi onu yeznəsinin vurduğunu dedi. Biz də maşına mindirib apardıq".
Daha sonra şahidin istintaqa verdiyi ifadəsi elan olunub. Məlum olub ki, A.Əliyev ilkin ifadəsində hadisə yerinə gedən zaman E.Məcidovun yüksək səslə nalayiq ifadələr işlətdiyini eşitdiyini söyləyib. Həmçinin şahid istintaqa ifadəsində hadisə zamanı E.Məcidovun "beşbarmaq"dan istifadə etdiyini, olayın hansı səbəbdən baş verdiyini də danışıb. Bildirib ki, E.Məcidov qayınatasını küt alətlə vuraraq ağır xəsarətlər yetirib.
A.Əliyev məhkəmədə bildirib ki, istintaq ifadəsində qeyd edilənlərə şahidlik etməyib və sadəcə, müstəntiqdən eşidib, ifadəsini də müstəntiqin dediklərinə əsasən yazıb.
Şahid qismində polis əməkdaşı Fəqan Ağayev də dindirilib. O deyib ki, dava baş verəndən sonra məlumat əsasında hadisə yerinə gediblər. Polis əməkdaşı bildirib ki, icra şöbəsinə gedəndə E.Məcidovun otaqda oturduğunu, B.Dilbazinin isə xəsarət aldığını görüb.
Hakim elan edib ki, F.Ağayev istintaqa fərqli ifadə verib. O, istintaq ifadəsində qeyd edib ki, hadisə yerinə çatanda E.Məcidov uca səslə söyüş söyüb, daha sonra qayınatasını vurduğunu eşidib: "Hadisə zamanı da "beşbarmaq"dan istifadə etmişdi. Amma biz çatana qədər "beşbarmağ"ı gizlətməyi bacarmışdı".
Məhkəmədə polis əməkdaşı belə bir ifadə vermədiyini deyib: "Nə Ehram Məcidovun söyüş söydüyünü eşitmişəm, nə də "beşbarmaq" görmüşəm. Belə bir ifadə verməmişəm".
E.Məcidov işi araşdıran müstəntiqin məhkəməyə çağırılmasını istəyib.
Məhkəmənin növbəti iclası martın 18-nə təyin edilib.
Qeyd edək ki, E.Məcidov "Neftçi” İSM-də kikboks bölməsinin baş məşqçisi olub. O, qayınatası Bəhruz Dilbazini döyməkdə ittiham edilir.
E.Məcidovun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərərvurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Məlumata görə, E.Məcidov 2016-cı ildə həyat yoldaşı Müqəddə Dilbazi ilə boşanıb. Cütlüyün nikahından bir övladı olub. Uşaq ananın himayəsinə verilib. 2017-ci ildə isə M.Dilbazi məhkəməyə müraciət edərək uşağın xarici ölkəyə aparılmasına icazə verilməsini istəyib. Bununla bağlı E.Məcidovla arvadı arasında uzun sürən məhkəmə çəkişmələri də olub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ
İsmayıllıda gənc oğlanın meyiti tapıldı
Bakıda 33 yaşlı qadın başına daşla vurularaq qətlə yetirildi

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ