Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda qanlı gecə:Bıçağı dostunun sinəsinə sancdı

KRİMİNAL

872

13.03.2019, 10:31

  Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib. Oxu24.com-un ONA-ya istinadən  məlumatına görə, Sahil qəsəbəsində 1983-cü il təvəllüdlü Məmmədov Rəşad Oktay oğlu yaşadığı evin yaxınlığında dostu ilə mübahisə edib. Nəticədə o bıçaqlanıb. Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Xəstəxanın növbətçi cərrahı Bəhrəm Zeynalov ONA-ya verdiyi müsahibədə bildirib ki, R.Məmmədov cərrahi əməliyyat olunub. Bıçaq onun döş qəfəsinin sol nahiyəsinə sancılıb. Vəziyyəti isə orta-ağır kimi qiymətləndirilir. Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır. Hadisəni törədən şəxsin axtarışlarına başlanılıb.