Qaynar xətt:

(+99450) 247 90 86

Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Kömək elə səsini eşitdik...”

Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Kömək elə səsini eşitdik...”

KRİMİNAL

291

19.04.2024, 10:35

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada kişi ana və atasını qətlə yetirib.

 

Hadisəni törətməkdə şübhəli bilinən Fikrət Məmmədov taksi sürücüsü kimi çalışırmış. Ailə arasında ara-sıra münaqişələr də baş verirmiş. Münaqişələrin sonuncusu da qətllə yekunlaşıb.

 

Oxu24.com xəbər verir ki, Baku TV-yə danışan qonşu qadın bir neçə ildir qonşu olduqlarını bildirib:

 

"Fikrət Mehriban və sakit uşaq idi. Ailəliklə mehriban adamlar idi. Biz ancaq kömək elə səsini eşitdik. Amma gələndə gec idi".