Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9442
az

ŞOK: Azərbaycanda dollar 3 manata qədər bahalaşa bilər

09:3130 Yanvar, 2019
1025
İQTİSADİYYAT
  • A
 
“SP Global Ratings” beynəlxalq reytinq agentliyi 2019-2021-ci illərdə manatın dollara nisbətən ucuzlaşacağına dair proqnozunu açıqlayıb. Belə olan halda, dolların hansı həddə qədər bahalaşağı müzakirə mövzusuna cevrilib.


Məsələ ilə bağlı Yenicag.az iqtisadçı ekspert Natiq Cəfərliyə müraciət edib.

Ekspert neftin qiyməti kəskin düşərsə, dolların manata nisbətən məzənnəsinin möhkəmlənəcəyini istisna etməyib:

“Neft qiymətləri ilə bağlı problemlər davamlı şəkildə olacaqsa, Azərbaycan hökuməti valyuta ehtiyatlarından manatın məzənnəsi üçün istifadə etməyəcək. Yumşaq formada məzənnənin dəyərdən düşməsinə çalışacaq, bununla bağlı qərarlar verəcək.
2018-ci ilin sonunda maliyyə naziri Samir Şərifov da manatın məzənnəsinin möhkəm olmasının Azərbaycan iqtisadiyyatına sərf etmədiyini söyləmişdi”.

Ekspert dolların bahalaşacağı halda, üçüncü devalvasiyanın da qaçılmaz olacağını bildirib:

“Neft qiymətlərində azalmalar davamlı şəkildə getsə, 2020-2021 ildə təqribən 2 manat bir dollara bərabər ola bilər. Neft 40 dollardan aşağı düşərsə, manat daha kəskin ucuzlaşa bilər. Bu zaman 1 dolların 3 manata qədər bahalaşması mümkündür”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əhaliyə ŞAD XƏBƏR: Bəzi ərzaq məhsulları UCUZLAŞACAQ -VİDEO
Rusiya və İran Azərbaycandan keçən qaz kəməri marşrutu ilə bağlı razılığa gəldi

Bu şirkət Azərbaycan bazarını tərk edir

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Goranboyda 57 yaşlı kişi özünü asdı