Boçorişvili: Azərbaycan və Gürcüstanın layihələri Aİ-yə fayda gətirir
24 Noyabr 2026, 20:45
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
63
24.11.2026, 20:32
Azərbaycan TRİPP layihəsinin qısa müddətdə icra edilməsini arzulayır.
Oxu24.com-un məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda gürcüstanlı həmkarı Maka Boçorişvili ilə birgə mətbuat üçün brifinqdə deyib.
Nazir vurğulayıb ki, ərazidə müəyyən işlərə başlanılıb:
"Bizim üçün layihənin önəmi bir çox aspektdə özünü göstərir. Bunlardan birincisi Naxçıvanla maneəsiz gediş-gəlişin təmin olunmasıdır. Daha sonra regional konteksti də qeyd etmək lazımdır, çünki bu dəhliz regionun bütün ölkələri üçün əlavə imkanlar açacaq. Biz hesab edirik ki, bu Cənubi Qafqaz ölkələri üçün əlavə üstünlüklər verəcək. Hesab edirik ki, TRIPP yükdaşımalara faydalı olacaq və əlavə yükdaşımalar üçün zəmin rolunu oynayacaq".
C. Bayramov xatırladıb ki, TRIPP layihəsi barədə razılaşma tarixi Vaşinqton sammiti ilə əldə olunub, ötən müddət ərzində ABŞ-Ermənistan arasında danışıqlar, hazırlıq, müvafiq şirkətin tapılması ətrafında müzakirələr aparılıb və Azərbaycan tərəfi məlumatlandırılıb.
Nazir bildirib ki, Naxçıvan Muxtar Respublikasında mövcud olan dəmir yolu xəttinin də bərpası istiqamətində işlər həyata keçirilir:
"Həmçinin Türkiyədə uzunluğu 224 km olan Qars-İğdır-Dilucu dəmir yolu layihəsinin icrasına başlanılıb. Türkiyədə icra olunan layihəni də nəzərə alsaq, bütün bu xətlər birlikdə Şərq-Qərb dəhlizinə əlavə olaraq Cənubi Qafqazın özü üçün geniş vahid dəhliz və yeni bir həlqə formalaşdırır. Həmin həlqə ehtiyacdan asılı olaraq yüklərin marşrutlarını müxtəlif istiqamətlərdə çevik şəkildə dəyişdirməyə imkan verir".
20:40 / 24 Noyabr 2026
8
20:34 / 24 Noyabr 2026
36
20:30 / 24 Noyabr 2026
40
20:30 / 24 Noyabr 2026
42
20:26 / 24 Noyabr 2026
132
20:20 / 24 Noyabr 2026
56
20:05 / 24 Noyabr 2026
78
20:02 / 24 Noyabr 2026
68
19:57 / 24 Noyabr 2026
190
19:47 / 24 Noyabr 2026
99
19:39 / 24 Noyabr 2026
94
19:34 / 24 Noyabr 2026
87
19:30 / 24 Noyabr 2026
98
19:26 / 24 Noyabr 2026
162
19:05 / 24 Noyabr 2026
118
18:53 / 24 Noyabr 2026
103
18:50 / 24 Noyabr 2026
140
18:44 / 24 Noyabr 2026
549
18:41 / 24 Noyabr 2026
107
18:37 / 24 Noyabr 2026
105
18:32 / 24 Noyabr 2026
134
18:24 / 24 Noyabr 2026
102
18:19 / 24 Noyabr 2026
106
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.