Qaynar xətt:

(+99450) 247 90 86

Avropa İttifaqından bədbin PROQNOZ

Avropa İttifaqından bədbin PROQNOZ

DÜNYA

43

24.11.2026, 22:09

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Avropa İttifaqının İqtisadiyyat üzrə Komissarı Valdis Dombrovskis bildirib ki, Avropa İttifaqı dövlət maliyyəsində kritik bir nöqtəyə çatıb.

Oxu24.com bildirir  ki,"ümumilikdə, dövlət maliyyəmiz səhv istiqamətdə gedir. Kritik bir nöqtəyə çatmışıq", - deyə o, payız Avropa Semestri paketi ilə bağlı Aİ iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

O, qeyd edib ki, Aİ üzv dövlətlərinin borclarına xidmət getdikcə daha baha başa gəlir. Avrozonada orta büdcə kəsirinin 2025-ci ildə ÜDM-in 3,1%-dən 2028-ci ildə 3,8%-ə qədər artacağı proqnozlaşdırılır.

Dombrovskis Aİ üzv dövlətlərinin ehtiyatlı maliyyə siyasəti yürütməli olduğunu vurğulayıb.

Daha əvvəl Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Avropa Komissiyasının Ukraynaya 2027-ci il üçün 45 milyard avro məbləğində yeni kredit təklif etdiyini açıqlayıb. Dombrovskis bu vəsaitin 25 milyard avrosunun Ukrayna ordusunun maliyyələşdirilməsinə istifadə olunacağını dəqiqləşdirib.

Daha əvvəl Avropa Ukrayna üçün maliyyələşdirmənin kəsilməsi halında böyük xərclərin olacağını proqnozlaşdırırdı.

Jalə