Hepatit B-li xəstə ilə eyni evdə yaşamaq təhlükəlidirmi? – Həkimdən AÇIQLAMA
24 Noyabr 2026, 19:47
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
49
24.11.2026, 23:28
ARIQLAMA İYNƏLƏRİ ALLERGİYA YARADA BİLƏRMİ?
Mövzu ilə bağlı Oxu24.com -un suallarını endokrinoloq Oktay Hüseynov cavablandırıb.
Son vaxtlar mənə müraciət edən bəzi pasiyentlər tirzepatid tərkibli preparatlardan (Sejaro, Xeronaks, Mounjaro) istifadə etdikdən sonra iynə vurulan yerdə qızartı, qaşınma və şişkinlik yarandığını bildirirlər. Maraqlıdır ki, bəzən bu reaksiyalar müalicənin ilk günlərində deyil, bir neçə ay sonra ortaya çıxır.
Bəs elmi araşdırmalar nə göstərir?
Wegovy (semaqlutid) istifadə edənlərin təxminən 1,4%-də inyeksiya yerində yerli reaksiyalar müşahidə olunub.
Mounjaro (tirzepatid) ilə aparılan tədqiqatlarda bu göstərici 3,2%, piylənmənin müalicəsinə dair Zepbound (eyni təsiredici maddə) tədqiqatlarında isə 6–8% olub.
Deməli, tədqiqatlarda tirzepatidlə yerli reaksiyalar daha çox qeydə alınıb. Lakin bunlar fərqli tədqiqatların nəticələridir və bütün yerli reaksiyalar həqiqi allergiya demək deyil.
Maraqlı bir məqam da var. Mounjaro-nun dörd dozalı KwikPen formasında benzil spirti və fenol adlı konservantlar mövcuddur. Birdəfəlik şpris-qələmlərdə isə bu maddələr yoxdur. Bəzi hallarda allergik reaksiyalar yalnız tirzepatidin özü ilə deyil, köməkçi maddələrlə də əlaqəli ola bilər. Lakin çoxdozalı qələmlərin daha çox allergiya yaratdığı hələ elmi cəhətdən sübut olunmayıb.
Bir pasiyentimdə Sejaro istifadəsi zamanı yalnız inyeksiya yerində deyil, bütün bədəndə övrə (ürtiker) şəklində allergik reaksiya yaranmışdı. Preparatı dayandırdıq. Sonradan Wegovy-yə keçdik və allergik reaksiya təkrarlanmadı. Müalicənin nəticəsi də yaxşı oldu.
Burada bir məqamı xüsusi vurğulamaq istəyirəm. Göstərdiyim elmi rəqəmlər orijinal Mounjaro, Zepbound və Wegovy preparatlarına aiddir. Sejaro və Xeronaks üçün bu reaksiyaların tezliyini müəyyən edən, müqayisə edilə bilən dərc olunmuş geniş klinik tədqiqatlara rast gəlməmişəm. Ona görə də həmin rəqəmləri avtomatik olaraq bu preparatlara aid etmək düzgün olmaz.
Yüngül yerli qızartı hər zaman preparatın dayandırılmasını tələb etmir. Lakin bütün bədəndə səpgi, övrə, üz və ya dodaqlarda şişkinlik, nəfəs darlığı yaranarsa, növbəti inyeksiyanı etməyin və təcili tibbi yardım alın.
Jalə
23:33 / 24 Noyabr 2026
10
23:22 / 24 Noyabr 2026
16
23:15 / 24 Noyabr 2026
53
23:03 / 24 Noyabr 2026
138
23:00 / 24 Noyabr 2026
101
22:54 / 24 Noyabr 2026
376
22:44 / 24 Noyabr 2026
70
22:22 / 24 Noyabr 2026
721
22:16 / 24 Noyabr 2026
108
22:09 / 24 Noyabr 2026
97
22:07 / 24 Noyabr 2026
95
21:54 / 24 Noyabr 2026
192
21:36 / 24 Noyabr 2026
108
21:32 / 24 Noyabr 2026
216
21:26 / 24 Noyabr 2026
100
21:20 / 24 Noyabr 2026
118
21:18 / 24 Noyabr 2026
111
21:03 / 24 Noyabr 2026
225
20:59 / 24 Noyabr 2026
109
20:55 / 24 Noyabr 2026
574
20:50 / 24 Noyabr 2026
208
20:45 / 24 Noyabr 2026
105
20:40 / 24 Noyabr 2026
121
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.