Məleykə Abbaszadənin səmimi görüntüləri YAYILDI -FOTO
24 Noyabr 2026, 23:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
47
24.11.2026, 22:44
Bu gün Yazıçılar Birliyində əməkdar jurnalist Zemfira Məhərrəmlinin "Nəfs" romanının təqdimat mərasimi keçirildi. Qələminin gücündən ilhamlanan Zemfira xanımın işığına çox dostları, yaxınları və qələm dostları yığışmışdır.
Olduqca maraqlı müzakirə mülahizələrlə keçən tədbiri daha da canlı, nəfəsli edən amillərdən biri də, ilk dəfə olaraq kişilərin qadınlar qarşısında öz günah və səhvlərini açıq şəkildə etiraf etmələri oldu. Eyni zamanda, tədbirdə olan qadınların sayçoxluğu da onların həmrəyliyini nümayiş etdirdi.
Romanın əsas süjet xəttindən çıxış edərək fikir bildirən natiqlər cəmiyyətdə əbədi ömür yaşayan qadın-kişi münasibətlərinin hansı zərurətdən parçalandığına, ailələrdə yaşanan ayrılıq və xəyanət hallarının baş verməsinə aydınlıq gətirməyə çalışdılar.
Ən gözəl mənzərə isə ondan ibarət idi ki, bir daha sübut olundu ki, insanın məqsəd və məramı, hansı fikir, düşüncədə olmağı fəaliyyət və iş prinsipinə də yansıyır. Zemfira xanımın "Nəfs" romanının təqdimatına yığışan insanların yüksək əhval-ruhiyyəsi, mehriban şəkildə müzakirələri davam etdirməsi, şən mühitdə necə deyərlər, birinin sözü o birinin boğazından keçməsi məhz səbəbkarın həyat və yaşam mövqeyinin göstəricisindən irəli gəlirdi.
Onu da qeyd edim ki, romanın olduqca maraqlı sujet xətti var. Əslində, gündəlik həyatımızda və ətrafımızda şahidi olduğumuz ailədaxili xəyanət məsələsini işıqlandırsa da, yanaşması olduqca fərqlidir.
Ramidə Allahverdiyeva
23:00 / 24 Noyabr 2026
12
22:59 / 24 Noyabr 2026
1
22:54 / 24 Noyabr 2026
38
22:22 / 24 Noyabr 2026
432
22:16 / 24 Noyabr 2026
90
22:09 / 24 Noyabr 2026
81
22:07 / 24 Noyabr 2026
79
21:54 / 24 Noyabr 2026
168
21:36 / 24 Noyabr 2026
95
21:32 / 24 Noyabr 2026
190
21:26 / 24 Noyabr 2026
89
21:20 / 24 Noyabr 2026
105
21:18 / 24 Noyabr 2026
100
21:03 / 24 Noyabr 2026
201
20:59 / 24 Noyabr 2026
97
20:55 / 24 Noyabr 2026
534
20:50 / 24 Noyabr 2026
175
20:45 / 24 Noyabr 2026
99
20:40 / 24 Noyabr 2026
111
20:34 / 24 Noyabr 2026
112
20:32 / 24 Noyabr 2026
115
20:30 / 24 Noyabr 2026
107
20:30 / 24 Noyabr 2026
120
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.