Qaynar xətt:

(+99450) 247 90 86

Putin qərar verdi: İlin sonuna kimi

Putin qərar verdi: İlin sonuna kimi

DÜNYA

32

24.11.2026, 22:07

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya Prezidenti Vladimir Putin hökumətə 2026-cı ilin sonuna qədər əsasən Kuzbass və Yakutiyada inkişaf etmiş kömür hasilatı olan bölgələrdə məlumat mərkəzlərinin tikintisi proqramını təsdiq etməyi tapşırıb.

Oxu24.com xəbər verir  ki,müvafiq təlimat dövlət başçısının bu ilin sentyabr ayında Vladivostoka işgüzar səfərindən sonra verilən sənədlərin siyahısına daxil edilib.

Sənədə əsasən, Nazirlər Kabineti də proqramın həyata keçirilməsini təmin etməkdən məsul olacaq. İlk hesabat 15 yanvar 2027-ci ilə qədər, daha sonra isə hər il təqdim edilməlidir.

2 noyabrda Putin informasiya resurslarına müvəqqəti dəstək haqqında fərman imzalayıb. Sənəddə qeyd olunur ki, məlumat mərkəzləri Rusiyanın informasiya resurslarını dəstəkləmək üçün lazım gələrsə, öz sahələrinin və tutumlarının 10%-ni ehtiyatda saxlamalıdırlar.

Prezident həmçinin Rusiyanın Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi İnformasiya Vasitələri Nazirliyinə ölkə daxilində özəl məlumat mərkəzlərində mövcud tutumların inventarlaşdırılmasını tapşırıb. Bundan əlavə, Nazirlər Kabinetinə İT və rabitə obyektlərinin fasiləsiz işləməsi üzrə alt komitə yaratmaq tapşırılıb.

Nigar