Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9287
az

Azərbaycanda gediş haqları artırıldı

18:2725 Yanvar, 2019
1108
  • A
 Yanvarın 28-dən estibarən Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarında gediş haqqında müəyyən dəyişikliklər ediləcək.

Bu barədə "Oxu24.com”a "Azərbaycan Dəmiryolları" QSC-dən bildirilib.

Məlumata görə, Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarına minik zamanı keçid turniketlərində və bilet kassalarında və köşklərdə yaranan növbələrin aradan qaldırılması məqsədi ilə kağız biletlər ilə yanaşı elektron plastik kartlar istifadə edilir. Bu da sərnişinlərin turniketlərdən vaxt itkisinə yol vermədən sərbəst keçidini təmin edir.

Sərnişinlər kağız biletlərdən istifadə etdikdə, biletlərin yararsız hala düşməsi səbəbindən turniketlərdən keçid zamanı problemlərin yarandığını nəzərə alaraq, eyni zamanda bilet satışı köşklərində, kassalarda yaranmış növbələrin tam aradan qaldırılması, həmçinin sərnişinlərin plastik kartlardan daha çox istifadəyə cəlb edilməsi və bununla da gediş-gəliş zamanı sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə kağız biletlər və plastik kartlarla gediş haqqı arasında qiymət fərqi tətbiq ediləcək.

Bundan başqa, sözügedən qatarların biznes sinifli vaqonlarında gedişə olan tələbin təklifə uyğunlaşdırılması məqsədilə gediş haqqı tənzimlənəcək. Beləliklə, ekonom sinifə adi vaqonlarda gediş haqqı 0,6-1 manatdan 0,6-1,1 manata, biznes sinifə aid vaqonlarda gediş haqqı isə 1,2-1,6 manadan 1,6-2,1 manata dəyişir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Balıq sevənlərə ŞAD XƏBƏR -Yeni bazarlar salınacaq
Azərbaycanda orta aylıq əməkhaqqı 8 %-ə yaxın artıb
Bazar sahibkarlarına bəd xəbər: Vergi qiymətləri artırılır - VİDEO

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY

18+