Artım 2%-ə qədər olub - RƏSMİ
11 Noyabr 2026, 11:34
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
2298
26.05.2021, 16:55
Hüquqi şəxslər və fərdi sahibkarlar Kapital Bank-la maliyyələşmə məhsulları üzrə müqavilələrini artıq “ASAN İmza” ilə imzalaya bilərlər. Bununla da müştərilərin kredit və zaminlik müqavilələrini imzalanmaq üçün banka gəlməyə və vaxt itirməyə ehtiyacı qalmır.
Maliyyələşmə məhsulları dedikdə kredit, overdraft, qarantiya, ticarət əməliyyatlarının maliyyələşdirilməsi (faktorinq, satışın maliyyələşdirilməsi, təchizat öncəsi maliyyələşmə) nəzərdə tutulur. Bundan başqa həmçinin, zaminlik və girov müqavilələri də “ASAN İmza” ilə imzalana bilər. Həmçinin “ASAN İmza” – gücləndirilmiş mobil elektron imzanı əldə etmək istəyənlər, vergi idarələrinə və ASAN Xidmət mərkəzlərinə getmədən bunu Kapital Bank-ın Mərkəz, Yasamal, Gənclik, Nəsimi, Səbail və Xətai filiallarında həyata keçirə bilərlər.
Qeyd edək ki, Kapital Bank sahibkarlara mütəmadi olaraq yeniliklər təqdim edir. Bir müddət əvvəl təqdim edilən “Müştəri profili” onlayn platforması vasitəsilə fərdi sahibkarlar və hüquqi şəxslər bankda hesab açmadan və Müştəri Bank sisteminə qoşulmadan şəxsi kabinet yaradıb, maliyyələşmə məhsulları üzrə sifarişlərini banka yönəldə bilərlər.
“Müştəri Profili” vasitəsilə yaradılmış şəxsi kabinetdə müştərilər maliyyə vəsaitlərinə olan ehtiyaclarını qarşılamaq üçün Kapital Bank tərəfindən təklif olunan hər bir məhsul haqqında ətraflı məlumatla tanış ola bilərlər. Maliyyələşmə məhsulunun hər hansı biri üzrə sifariş vermək istəyən müştəriyə banka gəlməyə, bank nümayəndəsi ilə əlaqə saxlamağa ehtiyac yoxdur.
30 iyun 2021-ci il tarixinədək müştərilər AZN valyutasında olan kredit, ticarət əməliyyatlarının maliyyələşdirilməsi və overdraft məhsullarının “Müştəri Profili”ndən sifarişi zamanı rəsmiləşmə komissiyasına 30% endirim və digər endirimlər əldə edəcək. Xidmətə qoşulmaq üçün //kbl.az/cbpcr linkinə keçid etmək olar.
07:20 / 12 Noyabr 2026
1
03:10 / 12 Noyabr 2026
121
01:25 / 12 Noyabr 2026
175
00:55 / 12 Noyabr 2026
153
00:43 / 12 Noyabr 2026
139
00:35 / 12 Noyabr 2026
346
00:33 / 12 Noyabr 2026
132
00:27 / 12 Noyabr 2026
143
00:24 / 12 Noyabr 2026
169
00:19 / 12 Noyabr 2026
171
00:17 / 12 Noyabr 2026
277
00:11 / 12 Noyabr 2026
165
23:54 / 11 Noyabr 2026
144
23:52 / 11 Noyabr 2026
142
23:50 / 11 Noyabr 2026
170
23:45 / 11 Noyabr 2026
1446
23:28 / 11 Noyabr 2026
134
23:24 / 11 Noyabr 2026
147
23:18 / 11 Noyabr 2026
161
23:09 / 11 Noyabr 2026
151
23:03 / 11 Noyabr 2026
142
23:01 / 11 Noyabr 2026
165
22:55 / 11 Noyabr 2026
137
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.