Kapital Bank kiçik və orta sahibkarlığın inkişafına, həmçinin bu sahədə çalışanlara endirimli şərtlər təklif etməklə öz töhfəsini verir. Bu dəfə Kapital Bank-a müraciət edən hüquqi şəxslər və sahibkarlar üçün Faktorinq, Satışın maliyyələşdirilməsi və Təchizat öncəsi maliyyələşdirmə məhsullarını təqdim edir.
Bu məhsullar müştərilərə dövriyyə vəsaitlərindən rahat və sürətli istifadə imkanı verir. Belə ki, Faktorinq və Satışın maliyyələşdirilməsi məhsullarından istifadə zamanı satıcı, satdığı malın dəyərinin alıcı tərəfindən ödənilməsini gözləmədən, etdiyi satış dəyərinin 90%-ə qədərini Kapital Bank tərəfindən dərhal ala bilir.
Təchizat öncəsi maliyyələşdirmə məhsulundan istifadə zamanı isə satıcı, alıcı ilə bağladığı müqavilə və ya ondan qəbul etdiyi alış sifarişi əsasında Kapital Bank-a müraciət etməklə, təchiz ediləcək mallar və ya görüləcək işlər üzrə öncədən maliyyələşmə əldə edə bilir.
Ticarət əməliyyatlarının maliyyələşdirilməsi məhsullarının üstünlüklərinə gəldikdə isə, əsas olaraq girov tələbinin olmadığını qeyd etmək olar. Bundan başqa satıcı biznesini davam etdirmək üçün satış dəyərinin 90%-ə qədərini Kapital Bank-dan əvvəlcədən alıb, daha rəqabətə davamlı məhsullar təklif etmək imkanına malik olur. Həmçinin bu məhsulun alıcıdan avans tələb etməməsi, məzənnə dəyişikliyi, inflyasiya və likvidlik risklərinin olmaması kimi üstünlükləri də vardır.
Kapital Bank-ın KOS müştəriləri üçün nəzərdə tutulan Biznes Mərkəzləri Xətai, Səbail, Nəsimi, Gənclik, Yasamal, Mərkəz, 28 May filiallarında, həmçinin Sədərək TM-də yerləşən Ticarət filialı fəaliyyət göstərir. Biznes mərkəzlərində KOS müştərilərə xüsusi xidmət bölməsi ilə yanaşı fərdi müştəri menecerləri də vardır. Onlar sahibkarlara bankın təqdim etdiyi məhsullar barədə məlumat verməklə yanaşı, kredit, qarantiya, overdraft, faktorinq və digər maliyyələşmə məhsullarının sifarişlərini qəbul edirlər, biznesin inkişafı üçün maliyyə məsləhətləri və bir sıra digər xidmətlər də göstərirlər.
Faktorinq, Satışın maliyyələşdirilməsi və Təchizat öncəsi maliyyələşdirilməsi məhsullarına müraciət etmək üçün qeyd edilən linkə - //kbl.az/cbpcr, (012) 310 09 99 korporativ məlumat mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Oxu24.com
ŞƏRHLƏR