Əmlak Məsələləri Dövlət Komitəsi 31 oktyabrda hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.
Oxu24.com xəbər verir ki, siyahıda 3 avtomobil təqdim olunacaq:
1-ci sətirdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının balansında olan nəqliyyat vasitəsi 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.
2-ci sətirdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının balansında olan nəqliyyat vasitəsi 5-cü dəfə 50% endirimlə təkrar hərraca çıxarılır.
3- cü sətirdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin balansında olan nəqliyyat vasitəsinin 25.07.2017-ci il tarixində keçirilmiş hərracının nəticəsi ləğv olduğu üçün təkrar olaraq hərraca çıxarılır
Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud e–emdk.gov .az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:
Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir) (tel:566-07-44)
Oxu24.com
ŞƏRHLƏR