Bu günün valyuta məzənnələri
11 Fevral 2026, 09:57
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
826
13.04.2020, 15:09
Azərbaycanda VÖEN-lə qeydiyyatda olan turizm bələdçiləri dövlət tərəfindən birbaşa maliyyə yardımı ala biləcəklər.
Bunu Dövlət Turizm Agentliyinin şöbə müdiri Məhəmməd Muradov deyib.
Onun sözlərinə görə, bələdçilərin müəyyən hissəsi VÖEN qeydiyyatındadır:
“Ancaq VÖEN qeydiyyatında olmayan bələdçilər də var və onların məsələsi bir qədər problemlidir. Dövlət Turizm Agentliyi Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası ilə birlikdə bu kateqoriyadan olan bələdçilərin də sosial vəziyyətinin yaxşılaşdırılması üçün sənəd hazırlamaq istəyir. Bunun mexanizmi hazırlanır”.
Həmçinin oxuyun
M.Muradov əlavə ki, koronavirus pandemiyasından zərər çəkən sahibkar 2019-cu ildə dövlətə ödədiyi vergi qədər maliyyə yardımı alacaq. Dövlətin maliyyə yardımı maksimal 5000 manat olacaq.
Xatırladaq ki, koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara dövlət dəstəyinin göstərilməsi nəzərdə tutulur.
Yerləşdirmə (hotel), səyahət agentliyi və tur-operator faəliyyəti üzrə məşğul olan sahibkarlara dəstək paketinə əsasən, Dövlət Vergi Xidmətində 79900 iqtisadi fəaliyyət növü üzrə (bələdçi fəaliyyəti Dövlət Vergi Xidmətində “Turizm sahəsində əvvəlcədən sifarişetmə xidmətləri və bununla əlaqədar fəaliyyət” adlı 79900 iqtisadi fəaliyyət növünün kodu üzrə təsnifləşdırılıb) qeydiyyatdan keçən, habelə 2019-cu ildə vergi və sosial sığorta ödəmələrini həyata keçirən bələdçilər sözügedən proqramdan faydalana, başqa sözlə dövlətdən birbaşa maliyyə yardımı əldə edə bilərlər.
Hazırda ölkənin turizm sənayesində 600-ə yaxın turizm bələdçisi fəaliyyət göstərir. Həmin bələdçilərin 300-ə yaxını ATBA-nın məlumat bazasında qeydiyyatdan keçib
15:40 / 11 Fevral 2026
1
15:18 / 11 Fevral 2026
22
15:14 / 11 Fevral 2026
41
14:58 / 11 Fevral 2026
146
14:51 / 11 Fevral 2026
56
14:35 / 11 Fevral 2026
511
14:25 / 11 Fevral 2026
105
14:10 / 11 Fevral 2026
367
14:06 / 11 Fevral 2026
68
13:55 / 11 Fevral 2026
1305
13:54 / 11 Fevral 2026
55
13:49 / 11 Fevral 2026
338
13:44 / 11 Fevral 2026
157
13:24 / 11 Fevral 2026
57
13:07 / 11 Fevral 2026
75
12:55 / 11 Fevral 2026
96
12:53 / 11 Fevral 2026
288
12:51 / 11 Fevral 2026
533
12:47 / 11 Fevral 2026
56
12:44 / 11 Fevral 2026
54
12:27 / 11 Fevral 2026
747
12:19 / 11 Fevral 2026
453
12:12 / 11 Fevral 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.