Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
25 Aprel 2026, 13:40
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
736
20.02.2020, 13:48
Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 20.02.2020-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri‐rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişikliklər təsdiq olunub.
AMB-dən verilən məlumata görə, dəyişikliklərə əsasən qabaqcadan malların idxalı ilə əlaqədar ödəniş aparıldıqda malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin müvəkkil banka təqdim olunması müddəti mövcud 270 (iki yüz yetmiş) gündən ən geci 2 (iki) il müddətinə qədər uzadılmış, eyni zamanda idxal olunmayan mal və xidmətlərin dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğini aşmadığı halda valyuta nəzarəti orqanına bu barədə məlumatın verilməsi tələbi aradan qaldırılıb.
Qərar son illər ölkənin tədiyə balansı göstəricilərində müşahidə edilən yaxşılaşma prosesləri, gömrük nəzarətinin, bütövlükdə valyuta nəzarətinin gücləndirilməsi istiqamətində aparılan islahatların müsbət nəticələri nəzərə alınmaqla qəbul edilib. Belə ki, hazırda tədiyə balansının cari əməliyyatlar hesabının profisitinin ümumi daxili məhsula nisbəti ikirəqəmli ədədlərlə ölçülür. İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft ixracının təşviqi istiqamətində görülmüş işlər profisitli tədiyə balansının formalaşmasında həlledici rol oynayıb. Cari əməliyyatlar hesabı ilə yanaşı son illər kapitalın və maliyyənin hərəkəti hesabında da əhəmiyyətli yaxşılaşma qeydə alınıb.
Həmçinin oxuyun
Yuxarıda adıçəkilən Qaydalara dəyişikliklər Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra qüvvəyə minəcək.
15:00 / 25 Aprel 2026
42
14:20 / 25 Aprel 2026
49
13:50 / 25 Aprel 2026
86
13:40 / 25 Aprel 2026
64
13:25 / 25 Aprel 2026
82
13:05 / 25 Aprel 2026
60
12:52 / 25 Aprel 2026
91
12:47 / 25 Aprel 2026
180
12:44 / 25 Aprel 2026
265
12:42 / 25 Aprel 2026
78
12:29 / 25 Aprel 2026
430
12:20 / 25 Aprel 2026
94
12:08 / 25 Aprel 2026
585
11:33 / 25 Aprel 2026
91
11:32 / 25 Aprel 2026
80
11:03 / 25 Aprel 2026
73
11:01 / 25 Aprel 2026
124
10:59 / 25 Aprel 2026
92
10:58 / 25 Aprel 2026
55
01:08 / 25 Aprel 2026
1016
00:59 / 25 Aprel 2026
409
00:22 / 25 Aprel 2026
391
23:49 / 24 Aprel 2026
156
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.