2019-cu ilin dekabrında Bakı şəhəri üzrə istehlak məhsullarının və xidmətlərin qiymətləri noyabr ayına nisbətən 0,4 faiz, yanvar-dekabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 2,8 faiz bahalaşıb.
Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, dekabrda ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri noyabr ayına nisbətən 0,7 faiz, yanvar-dekabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 3 faiz bahalaşıb.
Dekabrda qeyri-ərzaq məhsullarının qiymətlərində noyabr ayına nisbətən 0,2 faiz, 2019-cu ilin yanvar-dekabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 1,6 faiz bahalaşma qeydə alınıb. Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində noyabr ayına nisbətən 0,1 faiz, 2019-cu ilin yanvar-dekabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 3,4 faiz bahalaşma olub.
Oxu24.com
ŞƏRHLƏR