Əməkhaqqı yüksək olan sahələr – SİYAHI
13 Aprel 2026, 18:18
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
994
08.01.2020, 22:53
"Əfsuslar olsun ki, əvvəlki dövrlərdə şəhərsalma qaydaları bəzi hallarda kobudcasına pozulurdu. Bakının müxtəlif yerlərində tarixi keçmişimizə zidd olan, heç bir memarlıq standartına uyğun olmayan yöndəmsiz və eybəcər binalar tikilirdi. O binalar elə tikilirdi ki, həm ümumi mənzərəyə ziyan vururdu, həm də orada heç bir şəhərsalma əmsalı nəzərdə tutulmurdu”.
Sfera.az-ın xəbərinə görə, bunu Prezidenti İlham Əliyev Anar Quliyevi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.
Həmçinin oxuyun
Prezident bildirib ki, son vaxtlar göstərişi ilə, xüsusilə Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyinin dəyişilməsi nəticəsində artıq bu qaydalara riayət edilməyə başlanıb: "Bunu iş adamları da nəzərə almalıdırlar. Bakı şəhəri bizim tarixi sərvətimizdir. Biz imkan verə bilmərik ki, hansısa bir təmənnaya, hansısa bir hərisliyə görə şəhərimizin keçmişini məhv edək, yaxud da şəhərimizin gələcəyini şübhə altına qoyaq. Qətiyyən bu, olmayacaq. Bütün biznes dairələri, inşaatla məşğul olan bütün şirkətlər bilsinlər ki, bundan sonra harada gəldi bina, ev tikmək praktikasına artıq son qoyulubdur. Bütün evlər, binalar şəhərsalma qaydalarına, Bakının memarlıq obrazına uyğun şəkildə tikilməlidir. Ona görə bu məsələyə çox böyük diqqət yetirmək lazımdır. Bakı şəhəri bundan sonra ancaq Baş Plan əsasında inkişaf etməlidir. Baş Plana uyğun olmayan heç bir bina Bakıda tikilməməlidir. Komitəyə yeni funksiyalar verilib və Komitənin razılığı olmadan heç bir bina tikilə bilməz. Rayon icra hakimiyyəti orqanları Komitədən razılıq almadan heç bir binanın tikilməsinə icazə verə bilməzlər. Siz bu funksiyalardan çox səmərəli şəkildə istifadə etməlisiniz. Sizin nəinki Bakıda və böyük şəhərlərdə, bütün ölkə üzrə monitorinq qruplarınız olmalıdır. Çünki bəzi hallarda torpaqlar zəbt olunur və tələm-tələsik binalar tikilir. Sonra da bu binalar, evlər hansısa qanunsuz yollarla sənədləşdirilir və biz artıq fakt qarşısında qalırıq. Ona görə monitorinq qrupları olmalıdır. Bütün yerli icra orqanlarına bir daha tapşırıq verirəm ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi olmadan qətiyyən bir dənə də bina tikilə bilməz. Biz buna son qoymalıyıq”.
23:45 / 13 Aprel 2026
54
23:19 / 13 Aprel 2026
156
23:09 / 13 Aprel 2026
142
22:58 / 13 Aprel 2026
139
22:52 / 13 Aprel 2026
281
22:34 / 13 Aprel 2026
469
22:32 / 13 Aprel 2026
115
22:30 / 13 Aprel 2026
365
22:08 / 13 Aprel 2026
697
22:02 / 13 Aprel 2026
86
21:51 / 13 Aprel 2026
552
21:39 / 13 Aprel 2026
82
21:35 / 13 Aprel 2026
216
21:19 / 13 Aprel 2026
186
21:18 / 13 Aprel 2026
182
21:11 / 13 Aprel 2026
130
21:07 / 13 Aprel 2026
143
20:57 / 13 Aprel 2026
81
20:43 / 13 Aprel 2026
98
20:39 / 13 Aprel 2026
83
20:36 / 13 Aprel 2026
113
20:21 / 13 Aprel 2026
306
20:19 / 13 Aprel 2026
256
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.