Sahil Babayev bu mövzunu müzakirə edib
24 Noyabr 2026, 20:59
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
350
15.10.2026, 18:58
Qızılın dünya bazarlarında qiyməti yaxın 12-18 ay ərzində tarixi maksimumunu yeniləyə bilər. Buna səbəb qlobal iqtisadi qeyri-sabitlik, inkişaf etmiş ölkələrin dövlət borclarının artması və qiymətli metala tələbatın yüksək qalmasıdır.
Oxu24.com "Bakupost"-a istinadla xəbər verir ki, bu barədə “Troy Asset Management” şirkətinin analitiki Şarlotta Yonq “Moneycontrol” nəşrinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, dünya iqtisadiyyatında qeyri-müəyyənlik davam etdikcə investorlar qızılı etibarlı investisiya vasitəsi kimi görməyə davam edəcəklər. Xüsusilə ABŞ dƏ daxil olmaqla inkişaf etmiş ölkələrin dövlət borclarının artması qiymətli metala marağı gücləndirə bilər.
Analitik qeyd edib ki, qızılın təklifi məhduddur və onu kağız pul kimi istənilən vaxt çap etmək mümkün deyil. Bu amillər qiymətli metalın dəyərinin uzunmüddətli artımını dəstəkləyə bilər.
Qızılın birja qiyməti bu ilin yanvarında kəskin yüksələrək bir troya unsiyası üçün 5 500 dollar həddini keçib. Bahalaşmaya təsir edən amillərdən biri də dünyanın aparıcı mərkəzi banklarının qiymətli metala yüksək tələbatı olub.
Ekspertlərin fikrincə, ölkələr orta müddətli perspektivdə qızıl ehtiyatlarını indiki templə artırmağa davam edərlərsə, qlobal bazarda təklif daha da azala bilər. Bu isə qiymətlərin yüksəlməsinə əlavə təkan verə bilər.
00:31 / 25 Noyabr 2026
37
00:17 / 25 Noyabr 2026
63
23:55 / 24 Noyabr 2026
95
23:48 / 24 Noyabr 2026
68
23:34 / 24 Noyabr 2026
89
23:33 / 24 Noyabr 2026
110
23:28 / 24 Noyabr 2026
90
23:22 / 24 Noyabr 2026
86
23:15 / 24 Noyabr 2026
90
23:03 / 24 Noyabr 2026
191
23:00 / 24 Noyabr 2026
177
22:54 / 24 Noyabr 2026
776
22:44 / 24 Noyabr 2026
98
22:22 / 24 Noyabr 2026
970
22:16 / 24 Noyabr 2026
133
22:09 / 24 Noyabr 2026
116
22:07 / 24 Noyabr 2026
118
21:54 / 24 Noyabr 2026
222
21:36 / 24 Noyabr 2026
125
21:32 / 24 Noyabr 2026
244
21:26 / 24 Noyabr 2026
116
21:20 / 24 Noyabr 2026
130
21:18 / 24 Noyabr 2026
123
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.