Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda əsas kapitala investisiya qoyuluşu 11%-ə yaxın artıb 

Azərbaycanda əsas kapitala investisiya qoyuluşu 11%-ə yaxın artıb 

İQTİSADİYYAT

63

10.10.2026, 12:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala 14 milyard 688,6 milyon manat məbləğində investisiya yönəldilib.

Oxu24.com  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu götərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,9% çoxdur.

Hesabat dövründə qeyri neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 9 milyard 813,4 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 3,1% artım deməkdir.