Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
04 Noyabr 2026, 16:49
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
269
25.09.2026, 10:48
Azərbaycan uzunmüddətli tərəfdaşlıqları yeni investisiyalara çevirməyi hədəfləyir.
Oxu24.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) çıxışı zamanı bildirib.
O vurğulayıb ki, 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə imzalanan "Əsrin Müqaviləsi" Azərbaycan ilə dünyanın aparıcı enerji şirkətləri arasında güclü əməkdaşlıq modelini bərqərar edib:
"Artıq üç onillikdən çoxdur ki, tərəfdaşlarla əl-ələ verib çalışaraq, biz yalnız öz ölkəmizin sosial-iqtisadi inkişafına töhfə verməmişik, həm də regionda və onun hüdudlarından kənarda bir sıra ölkələr üçün etibarlı enerji təchizatçısı kimi çıxış edirik. Uzunmüddətli tərəfdaşlıqlar yeni investisiya və təkrar investisiyalar yaratmağa davam edir. Ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlərin əksəriyyəti mənfəətlərini yenidən bura yatırmağı seçirlər".
Çıxışda həmçinin qlobal iqtisadi çağırışlara toxunan iqtisadiyyat naziri bildirib ki, son altı ilin təcrübəsi – pandemiya, daşınma axsamaları və geopolitik gərginliklər təchizat zəncirinin davamlılığının və etibarlı tərəfdaşlığın önəmini bir daha göstərib: "Azərbaycanın məqsədi məhz uzunmüddətli tərəfdaşlıq vasitəsilə qazanılmış etimada əsaslanaraq regionlararası əlaqələri möhkəmləndirməkdir".
00:23 / 05 Noyabr 2026
36
00:18 / 05 Noyabr 2026
51
00:16 / 05 Noyabr 2026
110
23:48 / 04 Noyabr 2026
115
23:44 / 04 Noyabr 2026
83
23:40 / 04 Noyabr 2026
81
23:35 / 04 Noyabr 2026
81
23:33 / 04 Noyabr 2026
73
23:30 / 04 Noyabr 2026
97
23:26 / 04 Noyabr 2026
62
23:22 / 04 Noyabr 2026
94
23:17 / 04 Noyabr 2026
113
23:14 / 04 Noyabr 2026
71
23:12 / 04 Noyabr 2026
76
23:04 / 04 Noyabr 2026
107
22:59 / 04 Noyabr 2026
147
22:51 / 04 Noyabr 2026
97
22:38 / 04 Noyabr 2026
100
22:34 / 04 Noyabr 2026
118
22:26 / 04 Noyabr 2026
104
22:22 / 04 Noyabr 2026
113
22:16 / 04 Noyabr 2026
2535
22:14 / 04 Noyabr 2026
139
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.