Qaynar xətt:

(+99450) 247 90 86

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu dəyişməz saxlayıb

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu dəyişməz saxlayıb

İQTİSADİYYAT

210

11.08.2026, 20:49

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda 2026-cı il üçün gündəlik neft hasilatı ilə bağlı proqnozunu dəyişməz saxlayıb.

Oxu24.com  xəbər verir ki, bu barədə EIA "Qısamüddətli enerji perspektivi" adlı hesabatın avqust ayı üzrə açıqladığı məlumatda qeyd edilib.

EIA-nın yenilənmiş məlumatlarına əsasən, bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək. Ötən ay da bu rəqəm 550 min barel olub.

Bu ilin üçüncü və dördüncü rüblərində neft hasilatının sutkada 540 min barel olacağı gözlənilir. İyulda həmin rüblər üçün verilən proqnoz da 540 min barel təşkil edib.

Xatırladaq ki, 2025-ci ilin birinci və ikinci rüblərdə neft hasilatı sutkada 570 min barel, üçüncü və dördüncü rüblərdə 560 min barel təşkil edib.

EIA-nın məlumatına görə, 2025-ci ildə Azərbaycanda maye karbohidrogenlərin hasilatı sutkada 570 min barel səviyyəsində olub.