Azərbaycan neftinin qiyməti 126 dolları keçib
31 Oktyabr 2026, 10:24
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
297
11.08.2026, 09:02
İcra icraatı çərçivəsində mövcud borcunu uzun müddətdir müntəzəm şəkildə ödəyən pensiyaçılar üçün kredit və refinanslaşdırma imkanları da maraq doğuran məsələlərdəndir. Xüsusilə borc ödənişlərində gecikməsi olmayan şəxslər mövcud kreditlərini başqa bankda refinanslaşdıraraq daha əlverişli şərtlər əldə etmək və əlavə kredit götürmək imkanlarının olub-olmadığını araşdırırlar.
Bəs banklar belə müraciətlərə baxarkən pensiyanın məbləğini, borcun ödəniş tarixçəsini, kredit tarixçəsini və yaş amilini necə qiymətləndirirlər? Pensiyaçının uzun müddət intizamlı ödəniş etməsi onun yeni kredit və ya refinanslaşdırma əldə etməsinə nə dərəcədə təsir göstərir?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən bank eksperti Emin Kərimov bildirib ki, şəxs icra mexanizmi çərçivəsində, yəni pensiyasından tutulma yolu ilə borcunu ödəyirsə, bu, onun kredit öhdəliyinin məhkəmə və icra mərhələsinə keçdiyini göstərir.
Onun sözlərinə görə, belə kreditlər banklar tərəfindən problemli aktiv kimi qiymətləndirilə bilər:
“Bu baxımdan həmin şəxsə yenidən kredit verilməsi məsələsində düşünürəm ki, bankların 99 faizinin buna razı olmayacağı ehtimalı yüksəkdir. Çünki bu şəxs artıq problemli kredit borcalanıdır və onun borcunun ödənilməsi məhkəmə və icra mexanizmi vasitəsilə həyata keçirilir. Borcun məcburi tutulma qaydasında ödənilməsi bank üçün həmin müştərinin ödəniş qabiliyyəti və kredit intizamı baxımından ciddi risk göstəricisidir.
Şəxs mövcud krediti tam bağladıqdan sonra yenidən kredit verilə bilərmi? Düşünürəm ki, bu müraciətlərin əksəriyyətinə mənfi cavab verilə bilər. Yalnız istisna hallarda, məsələn, şəxs pensiyasını həmin bankdan alırsa, bank müəyyən məbləğdə və ya daha yüksək faizlə, müştərinin riskini nəzərə alaraq ona xüsusi şərtlərlə kredit təklif edə bilər. Lakin digər banklarda belə müraciətlərin böyük əksəriyyətinin imtina ilə nəticələnəcəyini düşünürəm.
Çünki bank üçün əsas məsələlərdən biri müştərinin əvvəlki kredit öhdəliklərini necə yerinə yetirməsidir. Kreditin icra yolu ilə, yəni məcburi tutulma hesabına ödənilməsi isə müştərinin kredit tarixçəsində mənfi hal kimi qiymətləndirilə bilər.
Məhkəmə və icra mərhələsinə keçmiş kredit üzrə zaminin olması da əsas problemi aradan qaldırmır. Çünki burada əsas məsələ müştərinin əvvəlki kredit öhdəliyinin problemli vəziyyətə düşməsi və borcun məcburi icra mexanizmi ilə tutulmasıdır.
Ona görə yalnız şəxsin pensiya aldığı bank istisna hal kimi müəyyən məbləğdə kredit verə bilər. Bank müştərinin pensiyasının həmin bank vasitəsilə alınmasını, gəlirinin müntəzəm olmasını və müəyyən müddət ərzində ödənişlərini nəzərə alaraq ona xüsusi şərtlər təklif edə bilər. Lakin belə hallarda da kredit verilməsi ehtimalı yüksək deyil.
Təqaüd kartının həmin banka aid olmasına baxmayaraq, müştərinin əvvəlki kreditinin problemli olması və borcun icra yolu ilə tutulması bank üçün ciddi risk yaradır. Bank həmin şəxsin ödəniş qabiliyyətini aşağı qiymətləndirə və kredit verməkdən imtina edə bilər.
Digər tərəfdən, kredit məlumatları MKR-də ( Mərkəzləşdirilmiş Kredit Reyestri ) əks olunduğuna görə, digər banklar da müştərinin əvvəlki kredit öhdəlikləri barədə məlumat əldə edə bilirlər. Müştərinin kredit tarixçəsində problemli kreditin olması və borcun məhkəmə və icra mexanizmi vasitəsilə ödənilməsi onun kredit skorinqinə də mənfi təsir göstərə bilər.
Nəticə etibarilə, şəxs borcunu tam şəkildə bağlasa belə, bu, avtomatik olaraq onun dərhal yeni kredit ala biləcəyi anlamına gəlmir. Banklar əvvəlki kredit tarixçəsini, borcun necə ödənildiyini, müştərinin gəlirini, ödəniş qabiliyyətini və ümumi risk göstəricilərini nəzərə alırlar. Bu səbəbdən belə müştərilərin, xüsusilə digər banklardan yeni kredit almaq ehtimalı kifayət qədər aşağı olur”, - deyə ekspert fikrini tamamlayıb.
11:42 / 31 Oktyabr 2026
25
11:40 / 31 Oktyabr 2026
30
11:36 / 31 Oktyabr 2026
38
11:34 / 31 Oktyabr 2026
35
11:15 / 31 Oktyabr 2026
443
11:12 / 31 Oktyabr 2026
47
11:10 / 31 Oktyabr 2026
99
10:25 / 31 Oktyabr 2026
77
10:24 / 31 Oktyabr 2026
71
09:22 / 31 Oktyabr 2026
89
04:25 / 31 Oktyabr 2026
352
00:59 / 31 Oktyabr 2026
141
00:50 / 31 Oktyabr 2026
638
00:24 / 31 Oktyabr 2026
152
00:18 / 31 Oktyabr 2026
312
00:07 / 31 Oktyabr 2026
150
00:03 / 31 Oktyabr 2026
861
00:02 / 31 Oktyabr 2026
204
23:56 / 30 Oktyabr 2026
122
23:46 / 30 Oktyabr 2026
109
23:44 / 30 Oktyabr 2026
163
23:32 / 30 Oktyabr 2026
291
23:31 / 30 Oktyabr 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.